Macarıstanın “HELL Energy” şirkəti yaxın zamanda Ələt Azad İqtisadi Zonasında alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun tikintisinə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
“Hazırda layihələndirmə işləri yekunlaşdırılır və yaxın zamanda zavodun tikinti işlərinə başlanılması nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.
2023-cü il iyul ayının 10-da Macarıstanın “HELL Energy” şirkətlər qrupu ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) arasında birgə iştirak müqaviləsi imzalanıb.
Dəyəri $211 milyon olan layihə Ələt Azad İqtisadi Zonasının ərazisində alüminium içki qutularının istehsalı və doldurulması üzrə zavodun inşasını və birinci mərhələdə ildə 415 milyon ədəd alüminium içki qutusunun istehsalını və doldurulmasını nəzərdə tutur. Növbəti mərhələdə illik istehsal həcmi 700 milyon ədədə çatdırılacaq.
Zavod fəaliyyətə başladıqdan sonra 280 nəfər daimi iş yeri ilə təmin ediləcək.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət