İsrail Misirlə Qəzza arasında sərhəd bağlanmaya qədər HƏMAS-a qarşı müharibəni bitmiş hesab etməyəcək. CNN xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
“Biz HƏMAS-ı məhv edəcəyik, Qəzzanı silahsızlaşdıracağıq, lakin bu cənub keçidindən hərbi texnika və digər öldürücü silahlar daxil olmağa davam edəcək. Buna görə də biz onu bağlamalıyıq”, - deyə Netanyahu bildirib.
CNN izah edir ki, baş nazir 14 km uzunluğunda Filadelfiya dəhlizini – Misirlə Qəzza arasında sərhəddə bufer zona kimi yaradılmış quru zolağını nəzərdə tutub. İsrail iddia edir ki, blokada israillilərin HƏMAS-dan müdafiə olunması üçün mühüm əhəmiyyət kəsb edir.
Bundan əvvəl “The Wall Street Journal” məlumat yayıb ki, İsrail rəsmiləri Misiri Qəzza ilə sərhəddə hərbi əməliyyatın keçirilməsinin planlaşdırıldığı barədə məlumatlandırıblar.
İsrail, ilk növbədə, Filadelfiya dəhlizinə tam hərbi nəzarət etmək, bundan sonra Qəzza zolağına humanitar yardımın çatdırılmasında mühüm rol oynayan Rəfah nəzarət-buraxılış məntəqəsində fələstinli sərhədçiləri israilli sərhədçilərlə əvəz etmək niyyətindədir.
Misir Xarici İşlər Nazirliyinin nümayəndəsi Əhməd Əbu Zeyd Netanyahunun Misirlə Qəzza arasında sərhədin bağlanması çağırışına cavab olaraq bildirib ki, Qahirə öz sərhədlərinə tam nəzarət edir və bu məsələlər iştirakçı ölkələr arasında təhlükəsizlik haqqında sazişlər və hüquqi sazişlərlə tənzimlənir. Buna görə də bu məsələrlə bağlı istənilən danışıqlar bir qayda olaraq əvvəlcə diqqətlə öyrənilir və daha sonra mövqelər açıqlanır.*
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət