İsrail hakimiyyəti HƏMAS hərəkatının girov saxladığı şəxslərin azad edilməsi qarşılığında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan razılaşmanın bağlanması təklifini HƏMAS-a təqdim edib. Bu barədə “Axios” portalı iki İsrail məmuruna istinadən xəbər verir.
Məlumatda deyilir ki, İsrail «Qətər və Misir vasitəçiləri vasitəsilə HƏMAS-a iki aya qədər davam edən hərbi əməliyyatlarda fasilə nəzərdə tutan təklif təqdim edib».
Qeyd olunur ki, bu, «Qəzzada saxlanılan bütün girovların azad edilməsini əhatə edəcək çoxmərhələli razılaşmanın bir hissəsi» ola bilər.
Mənbələr bildiriblər ki, yeni təklifin parametrlərini İsrailin hərbi kabineti on gün əvvəl təsdiqləyib. Onlar HƏMAS-ın öncə rədd etdiyi təkliflərdən “daha mütərəqqi” görünür.
Razılaşmaya sağ qalan bütün girovların azad edilməsi və ölənlərin meyitlərinin bir neçə mərhələdə geri qaytarılması daxildir. Birinci mərhələdə qadınlar, 60 yaşdan yuxarı kişilər və kritik vəziyyətdə olan girovlar azad edilə bilərdi.
Növbəti mərhələlərə qadın əsgərlərin, 60 yaşadək əsgər olmayan kişilərin, israilli kişi əsgərlərinin və girovların meyitlərinin qaytarılması daxil olacaq.
Təklif olunan razılaşmanın şərtlərinə görə, İsrail və HƏMAS əvvəlcədən hər bir israilli girov üçün azad ediləcək fələstinli məhbusların sayı barədə razılığa gələcək, sonra isə bu məhbusların adlarına dair ayrı-ayrı danışıqlar aparılacaq.
“Axios”un məlumatına görə, Ağ Evin Yaxın Şərq üzrə koordinatoru Brett Makqerk artıq bazar günü irəliləyişə yönəlmiş danışıqlar üçün Misirə və Qətərə gedib.
Portalın mənbələri etiraf edir ki, razılaşmanın həyata keçiriləcəyi təqdirdə «iki aylıq fasilədən sonra İsrailin Qəzzadakı əməliyyatları miqyasına və intensivliyinə görə xeyli az olacaq».
Eyni zamanda, onlar vurğulayıblar ki, təklif «İsrailin müharibənin tamamilə dayandırılmasına və 6 min fələstinli məhbusun hamısının İsrail həbsxanalarından azad edilməsinə razılıq verməyəcəyini aydın göstərir». **
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət