BMT-nin İqlim Konfransına 2023-2025-ci illərdə ev sahibliyi edən BƏƏ, Azərbaycan və Braziliya elan ediblər ki, iqlim gündəliyinin məqsədlərinə nail olmaq üçün üçlük formalaşdırırlar.
Məlumatda qeyd olunur ki, tərəflərin nümayəndələri iqlim dəyişkliyi ilə mübarizə üzrə birgə fəaliyyətin reallaşdırılması məqsədilə səylərin birləşdirilməsi üçün Dubayda görüşüblər.Tərəflər qlobal temperatur yüksəlməsini 1.5°C səviyyəsində saxlamaq məqsədinə nail olmaq üçün yol xəritəsi üzərində işlıəyəcəklər.
COP28-in sədri Sultan Əhməd Əl-Cabir bu təşəbbüsü vacib adlandırıb və bəyan edib ki, 1.5°C məqsədə çatmaq üçün “mümkün olanı etməliyik”.
"Biz birlikdə işləyəcəyik... Bakı və Braziliyadakı dostlarımızla, Dubayda verilmiş vədlərin yerinə yetirilməsini təmin etmək üçün. Birgə zəmanət veririk ki, tərəflərin növbəti konfransında bağlanmış yeni sazişlər bizi missiyamıza nail olmaq üçün lazımi yola yönəldəcək", - o qeyd edib.
2024-cü ildə COP29 keçiriləcəyi Bakıda inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin (NCQG) razılaşdırılması planlaşdırılır.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un sədri Muxtar Babayev öz növbəsində bəyan edib ki, Bakı COP29-un ev sahibi kimi iqlim istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün səyləri sürətləndirməyə sadiqdir. Onun sözlərinə görə, bunun açarı “iqlim probleminin miqyasını və aktuallığını əks etdirən” iqlim maliyyəsinin yaradılması olacaq. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir