Zəngəzur dəhlizinin işə salınması Orta Dəhliz ilə yükdaşıma həcmini ildə 8-10 milyon ton artrmağa imkan verəcək. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bəyan edib.
“İnterfaks-Azərbaycan”ın müxbiri xəbər verir ki, çərşənbə axşamı Hümmətov Dünya Bankının Tbilisidə Orta Dəhlizlə bağlı tədqiqata dair təqdimata həsr olunan vebinarda çıxışında deyib ki, Bakı üçün əsas məsələlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı və Türkiyəni birləşdirən nəqliyyat əlaqəsinin qurulmasıdır, “bu, Orta Dəhlizinin bir hissəsi olacaq və nəqliyyat-logistika sektornun inkişafı üçün böyük fürsətlər yaradacaq».
Nazir müavininin sözlərinə görə, bu marşrutun istifadəyə verilməsi yüklərin çatdırılması vaxtını xeyli azaldacaq və Orta Dəhlizin ötürmə qabiliyyətini artıracaq. «Hesablamalara görə, bu (Zəngəzur dəhlizinin işə salınması - İF) Orta Dəhlizin daşınma qabiliyyətini ildə 8-10 milyon ton artıracaq», - Hümmətov bəyan edib.
O əlavə edib ki, son iki ay ərzində (Transxəzər Beynəlxalq Tranzit Marşrutu ilə - İF) Çindən Orta Dəhliz ilə 13 blok qatarı göndərilib, “görülən tədbirlər sayəsində” onlar 12 gün ərzində Gürcüstan limanlarına çatıb. Daha əvvəl yüklərin çatdırılması “təxminən 40-50 gün çəkirdi”. “Orta Dəhlizin inkişafını dəstəkləmək, onun potensialını maksimum dərəcədə istifadə etmək niyyətimiz və güclü siyasi iradəmiz var”, - Hümmətov vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin yaradılması işləri 2024-cü ilin sonuna qədər başa çatdırılacaq. **
R.Kərimov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət