Trans-Adriatik Boru Kəməri (TAP) 2026-cı ildən etibarən Azərbaycandan əlavə 1,2 milyard kubmetr qaz tədarük edə biləcək. Bu barədə Energetika Nazirliyi məlumat verir.
“İnterfaks-Azərbaycan” nazirliyə istinadən xəbər verir ki, cümə axşamı energetika naziri Pərviz Şahbazov TAP-ın icraçı direktoru Luka Skyepatti (Luca Schieppati) ilə görüşüb.
Məlumatda qeyd olunur ki, 2025-ci ilin sonuna TAP genişləndirilmənin birinci mərhələsi çərçivəsində əlavə olaraq 1,2 milyard kubmetr qaz (Azərbaycandan - İF) tədarük etməyə hazır olacaq. 2026-cı ildən etibarən İtaliyaya 1 milyard kubmetr, Albaniyaya isə 200 milyon kubmetr qaz nəql ediləcək.
“Görüşdə karbon neytrallığının əldə olunması məqsədilə Yunanıstan və Albaniyada yerləşən kompressor stansiyalarının elektrikləşdirilməsi, həmçinin boru kəmərinin ötürücülük gücünün artırılması çərçivəsində hidrogen və digər bərpa olunan qazların tədarükü perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb”, - nazirlikdən vurğulanır.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükünə 2020-ci il dekabrın 31-də başlanılıb. Hazırda Azərbaycan Avropanın 6 ölkəsinə - İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya qaz tədarükü haqqında müqavilələr bağlayıb. Eyni zamanda, daha bir neçə ölkə Azərbaycandan qaz almaq niyyətindədir.
2023-cü ildə Azərbaycandan Avropaya 11,8 milyard kubmetr qaz (+3,5%) ixrac edilib.
Azərbaycan və Aİ arasında razılaşmaya əsasən, 2027-ci ilədək Azərbaycan qazının nəqli ən azı 20 milyard kubmetrə çatacaq. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət