Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yeləşən Sərsəng su anbarında təmir-bərpa işlərinin başlanmasının ləngiməsi ciddi ekoloji fəlakətə və böyük regional dəyişikliklərə səbəb ola bilər. Bu barədə Milli Məclisin deputatı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin üzvü Rövşən Rzayev bildirib.
“Dağlıq Qarabağ münaqişəsinin başladığı və Azərbaycan torpaqlarının işğal edildiyi gündən Sərsəng su anbarı bəndinin Ermənistan tərəfindən partladılması mümkünlüyü ilə bağlı ciddi ekoloji təhlükəsizlik çağırışı yaranıb və bu gün də davam edir ki, bu da Azərbaycanın bir neçə rayonunun su altında qalmasına və bu regional ekoloji fəlakətə səbəb ola bilər”, - deyə deputat Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və AMEA Coğrafiya İnstitutu tərəfindən birgə təşkil edilmiş “Ermənistanın hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” mövzusunda elmi-praktik konfransda qeyd edib.
R.Rzayevin sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində bu gün Bakı tədricən yararsız vəziyyətə düşən Sərsəng su anbarının təhlükəsizliyini təmin etmək imkanından məhrum olıub.
“Sərsəng su anbarı 1976-cı ildə tikilib və yeddi rayonu su ilə təchiz edirdi, bu gün isə Ermənistan su anbarının normal işinin təmin edilməsi üçün kifayət qədər maliyyə vəsaitinə malik deyil və bu, texniki-tikinti obyektlərinin dağılmasına, Azərbaycanın bir neçə rayonunun su altında qalmasına səbəb ola bilər”,- deyə deputat bildirib.
R.Rzayev qeyd edib ki, separatçı Dağlıq Qarabağ rejiminin Sərsəng su anbarının normal iş rejiminin təmin edilməsi üçün maliyyə vəsaiti olmadığından Ermənistan su anbarının təhlükəsizliyi ilə bağlı məsuliyyətin bir hissəsini Azərbaycanın üzərinə atmağa çalışır.
“Eyni zamanda Ermənistan tərəfi Sərsəng su anbarının infrastrukturunun təmir edilməsi üçün ABŞ və digər ölkələrlə danışıqlar aparır. Ermənistan tərəfi su anbarının təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycanı əməkdaşlığa çağırmaqla yanaşı, qışda su anbarından su buraxır ya da yayda suyun qarşısını kəsir, bu da Azərbaycanın təbiətinə, kənd təsərrüfatına ziyan vurur”, - deyə o bildirib.
R.Rzayevin sözlərinə görə, regionun ekoloji təhlükəsizliyinin təmin edilməsi baxımından Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması vacibdir.
“Bunun üçün isə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nümayəndələrinin görüşünün təşkili vacibdir və onlar Sərsəng su anbarının infrastrukturunun bərpa edilməsi və normal işinin təmin edilməsi məqsədi ilə birgə işləməlidirlər”, - deyə deputat vurğulayıb.
“Ermənistanın yürütdüyü hidroterror siyasəti bütün regionun təhlükəsizliyinə ciddi təhdiddir”, - deyə AMEA-nın Coğrafiya İnstitutunun direktorunun vəzifələrini icra edən Ramiz Məmmədov bildirib.
O qeyd edib ki, bu gün dünyada içməli su ehtiyatları məhduddur və içməli su mənbələrinin saxlanılması müasir dövrün mühüm vəzifəsidir.
“Birinci və ikinci dünya müharibələrinin başlanmasının səbəbi ərazi iddiaları idisə, üçüncü dünya müharibəsi dünya ölkələrinin su resursları üzərində nəzarət etmək cəhdlərinə görə başlaya bilər”, - deyə R.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, hər il dünyada 6 mindən çox insan hidroterrorun qurbanı olur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət