Fevralın 17-dən Azərbaycanda əhalinin ümumi dispanserizasiyasına başlanılıb. Cari il mayın 1-dək davam edəcək kampaniya rayon icra hakimiyyətləri ilə birgə Səhiyyə Nazirliyi tərəfindən keçirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev məlumat verib. Paytaxt, digər şəhər və rayonların sakinləri yerli poliklinika və diaqnostik mərkəzlərdə müayinədən keçə biləcəklər.
Dispanserizasiyanın əsas məqsədi - əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, xəstəliklərin inkişafının qarşısının alınması, xəstələnmə və ölüm hallarının azalması, fəal yaradıcılıq uzunömürlülüyün möhkəmləndirilməsidir. Dispanserizasiyanın keçirilməsi bir çox halda insanın sağlamlığına fikir verməkdən asılıdır.
R.Nağıyevin qeyd etdiyi kimi, 18 yaşından yuxarı olan vətəndaşlar dispanserizasiyadan keçməlidir. Terapevt, stomatoloq, ginekoloq, nevroloq, cərrah, oftalmoloq müayinəsindən keçmək nəzərdə tutlub. Dispanserizasiya iki mərhələd keçiriləcək. Birinci - skrininq mərhələsi zamanı – qeyd olunan tədqiqatlar aparılacaq. İkinci mərhələdə müxtəlif xəstəlikıər aşkar edildikdən, sağlamlıq qrupu müəyyən ediləndən sonra pasienti ixtisasa uyğun müətəxəssisin müayinəsinə və laborator və funksional tədqiqatların aparılmasına göndərəcəklər. Bunlar – qanın kliniki və biokimyəvi analizi, flüoroqrafiya, elektrokardioqramma, USM və s. Hər yaş qrupunda tədqiqatların həcmi fərqlənir. Gənclər standart müayinələr yığmasından keçəcəklər və müəyyən analizlər verəcəklər.40 yaşından yuxarı şəxslər lazım olarsa əlavə nalizlər verəcəklər. Məsələn, qadınlar mammoqrafiyadan keçəcəklər.
Ölkədə bu cür miqyaslı tədbirin keçirilməsi məqsədilə zəruri şərait yaradılıb. Son on il ərazində səhiyyə sahəsinə büdcədən ayrılan vəsaitlər 10 dəfədən şox artıb və hazırda 650 mln. manatı ötüb. Hesabat dövrü ərzində 400-dən artıq tibb müəssisəsi tiklib və ya əsaslı təmir olunub, onların əksəriyyəti respublikanın regionlarında yerləşir. Bütün müalicəxanalar müasir texnika və avadanlıq ilə təchiz olunub. Uşağların sağlamlığın müdafiəsi və tibbi xidmətlərin keyfiyyətinin artırılması üzrə mühüm tədbirlər həyata keçirilib. Həyata keçirilən tədbirlər əhalinin dispanserizasiyasının keçirilməsi üçün əsaslı bazanı təmin edib.
“Dispanserizasiya xəstəliklərin profilaktik üsulu kimi çox səmərəli hesab edilir. O, ambulator-poliklinika müəssisələrinin işini təkmilləşdirməyə, bu və ya digər xəstəliklərin artım dinamikasına nəzarət etməyə, əhalinin ümumi sağlamlıq vəziyyətini aşkar etməyə, son olaraq, səhiyyə sahəsinin sonrakı islahatlaşdırma mərhələsinin prioritetlərini müəyyən etməyə imkan yaradır. 2012-ci ildə analoji kampaniya zamanı həkimlər 1 mln.-a yaxın şəxsi müayinə ediblər, onlardan 93,5 min nəfərdə xəstəliklər aşkarlanıb. Onlar dispanser qeydiyyata götürülüblər. Bunlar əsasən şəkərli diabet, hipertoniya xəstəliyi, həzm yolu sistemində pozuntular, göz və ağ ciyərin müxtəlif xəstəlikləri kimi, ciddi xəstəliklər olub. 2 mindən artıq pasient operativ şəkildə stasionar müalicəyə göndərilib”, - deyə R.Nağıyev qeyd edib. Tibbdən başqa (xəstəliklərin ilkin mərhələdə açkar edilməsi, vaxtında müalicə və ağırlaşmanın qarşısının alınması – İF-Az) bu tədbir mühüm sosial və ictimai əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, dispanserizasiyainsana sağlamlığını möhkəmləndirmək, əmək qabiliyyətinin və fiziki fəallığın qorunması üçün böyük imkanlar verir. İlk öncə, nəzərdə tutulan tədqiqatlar əlillik və vaxtsız ölümün əsas səbəbi olan xroniki yoluxucu olmayan xəstəliklərin ilkin mərhələdə, həmçinin onların inkişafının əsas risk faktorlarının aşkar edilməsinə yönəlib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayevin sözlərinə görə, tədbir, o cümlədən sağlam həyat tərzinin təbliğatı, fiziki və mənəvi təkmilləşm ideyalarının təsdiqinə yönəlib. Dispanserizasiya xaricdə tətbiq edildiyi kimi, insanlarda öz sağlamlıqlarına qayğı mədəniyyətini formalaşdırmağa kömək etməlidir, sağlam həyat tərzi sürmək vərdişlərini aşılamalıdır. Bunda insanlarda öz sağlamlıqlarına maraq formalaşdıran KİV və sosial şəbəkələrdə informasiya işi az rol oynamır.
İradə HƏSƏNOVA
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət