Ötən ilin avqust ayında Qarabağ cəhbə bölgəsində hər iki tərəfin çoxsaylı itkilərindən sonra bir ildən artıq vaxt ötüb.
Bu yaxınlarda müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyan edib ki, “ötən ilin avqust ayında endirilən zərbələrdən sonra indiyədək Ermənistanın hərbi-siyasi rəhbərliyi heç cür özünə gələ bilmir. Hakimiyyət indi də qorxu və dəhşət içindədir”. Ermənistan rəhbərliyi isə bəyan edir ki, “təhdidlərdən qorxmur” və Azərbaycan tərəfinə qarşıdurmağa hazırdır. Ön cəbhəyə ezam edilən “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri bir ildən sonra Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində vəziyyətin əslində necə olduğunu öyrənməyə çalışıb.
15-16 avqust tarixlərində jurnalistlər, Milli Məclisin deputatları və QHT nümayəndələrindən ibarət qrup vəziyyətlə yerində tanış olmaq məqsədilə cəbhənin Göygöl və Tovuz istiqamətlərində olub.
Dəniz səviyyəsindən 3426 m hündürlükdə yerləşən Azərbaycan postu. Burada şəhərin səs-küyündən uzaqda ölkənin hər güşəsindən şanlı əsgərlər xidmət edirlər. Əgər bu gün Bakıda müharibənin mümkün başlanması mövzusuna dair müzakirələr aparılırsa, cəbhə bölgəsində döyüşçülər əmr gözləyirlər.
“Bu yolu görürsünüz, - deyə əsgər təmas xəttinin o tayındakı aşırımı göstərir, - o ermənilərin işğal etdiyi Kəlbəcərə aparır. Biz hətta qartalların belə uçmadığı ərazidəyik (gülür). Ciddi olsaq, bu aşırımı keçərək Kəlbəcərə, aşağı düşmək üçün əmr gözləyirik”, - deyə əsgər bildirib.
Burada oksigen çatışmamazlığından adi alışqanı yandırmaq belə mümkün olmayan, ağır iqlim şəraiti, həmçinin yüksəklikdəki coğrafi mövqeyinə baxmayaraq, hərbçilər ölkənin ərazi bütövlüyünü bərpa etmək naminə döyüşə getməyə qətiyyətlə tam hazırdırlar.
“N” saylı hərbi hissənin polkovnikinin (təhlükəsizlik nöqyeti-nəzərindən ad çəkilmir) sözlərinə əsasən, cəbhənin bu istiqamətində bu gün Azərbaycan torpaqlarını hərbi yolla işğaldan azad etmək üçün bütün imkanlara malikdir.
“General-polkovnik Zakir Həsənovun bəyanatları Ermənistan tərəfinə xəbərdarlıqdır. Hərbi hazırlığımıza gəlincə isə, biz əmr gözləyirik. Lakin, sizə məlum olduğu kimi, bu gün Azərbaycan növbəti qurbanların olmasına və qırğına yol verməmək məqsədilə sülh yolu ilə danışıqlar aparır. Ancaq bu məsələdə heç bir dəyişiklik olmazsa, ordumuz Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə hazırdır”, - deyə polkovnik vurğulayıb.
Zabit məlumat verib ki, Ermənistan Silahlı Qüvvələri gündə bir neçə dəfə atəşkəs rejimini pozurlar, təxribat xarakterli hərəkətlərə yol verirlər. Lakin düşmənin bu cəhdlərinin qarşısı vaxtında alınır.
Deputatlar ön cəbhədə gördüklərindən mənmun qaldılar. Milli Məclisin deputatı, Rövşən Rzayev qeyd edib ki, Silahlı Qüvvələrin potensialının artırılmasının əsasında dövlət və onun rəhbərliyinin diqqət və qayğısı durur, hərbi qulluqçuların sosial-məişət vəziyyətlərinin yaxşılaşdırılmasına dair lazımi tədbirlər görülür.
Öz növbəsində deputat Fuad Muradov ölkədə ordu quruculuğu sahəsində həyata keçirilən işlər barədə söz açıb. O qeyd edib ki, ön cəbhədə şahidi olduqları hərbi hazırlıq və şəxsi heyətin ruh yüksəkliyi “bir daha bizi Azərbaycan ordusunun çox güclü olduğuna inandırdı”.
Azərbaycan-Ermənistan dövlət sərhədində də vəziyyət gərgin olaraq qalır. Tovuz rayonunun Əlibəyli kəndi ən intensiv atəşə məruz qalan Azərbaycanın yaşayış məntəqələrindəndir. Erməni hərbçiləri mülki şəxslər və hərbçilər arasında fərq qoymurlar. Onlar iri kalibrli pulemyot, qumbaraatan, minaatanlar daxil olmaqla, kənddə və sərhəd boyunca bu yaşayış məntəqəsinə aparan yolda istənilən hədəfi müxtəlif növ atıcı silahlardan atəşə tuturlar. Bu münaqişənin davam etdiyi üçüncü onillik ərzində kəndin sakinləri dinc əhali, həmçinin azyaşlı uşaqlar arasında çoxsaylı ölüm və yaralanma hadisələrin şahidi olublar. Bu sərhədyanı kəndin sakinləri nə müharibə, nə sülh və daima müharibə şəraitində yaşayırlar. Onlar qeyd edirlər ki, bu cür həyata alışıblar. “Demək olar ki, biz nə müharibə, nə də sülh şəraitində yaşayırıq. Bu vəziyyət uzun illərdir ki, davam edir. Əsas məsələ bu deyil. Məsələ ondadır ki, 2014-cü ilin avqust ayında təxminən cəbhə boyu 15 nəfərin şəhid olduğu hadisələrdən sonra işğalçının hərəkətlərinə dərhal cavab verildi. Lakin, sizə məlumdur ki, düşmənə hiss olunacaq dərəcədə zərbə endirildi, bunun nəticələrini onlar indiyədək gizlədirlər. Bundan başqa, həmin hadisələrdən sonra prezident İlham Əliyev cəbhə bölgəsinə səfər edib, müdafiə naziri Zakir Həsənov hər ay səngərlərdə olur. Bütün bunlar həmin rayonların sakinlərini daha da ruhlandırır və işğal olunan torpaqların tezliklə azad edilməsinə inamı möhkəmləndirir”, - deyə Əlibəyli kənd sakinlərindən biri bildirib.
İnsanlar bu məsələyə nöqtə qoymaq istəyirlər. Uşaqların həyətə oynamaq üçün çıxanda düşmən üçün hədəf olduğunu görmək onları təngə gətirib. Buna baxmayaraq, heç kəs evlərini tərk etmir və hətta bu barədə düşünmürlər. Əsas budur ki, “İnterfaks-Azərbaycan” müxbirinin həmsöhbət olduğu şəxslərdən heç biri bir saniyə belə Azərbaycanın haqqlı olaraq başladacağı müharibənin məğlubiyyətlə bitəcəyini düşünmür, onlar qələbəyə əmindirlər.
Milli Məclisin deputatları, jurnalistlər və QHT nümayəndələrindən ibarət qrupun cəbhə bölgəsinə səfəri Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının reallaşdırdığı “Milli maraqların və hərbi məlumatların mediada qorunmasına dair təbliğatın
aparılması” layihəsi çərçivəsində keçirilib.
Səfərin məqsədi ölkədə informasiya təhlükəsizliyinin təminatı və ictimaiyyətin düzgün məlumatlandırılması işində KİV üçün şəraitin yaradılması, hərbi sahədə görülən işlərin ictimaiyyətə çatdırılmasından ibarət olub.
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət