Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə faşist cinayətkarların qəhrəmanlaşdırılması siyasətini yürüdür, bununla bərabər Böyük Vətən müharibəsinin real qəhrəmanlarını unudur. Ehtiyatda olan podpolkovnik, erməni ictimai xadimi, Ukraynanın Luqansk vilayətinin erməni diasporunun nümayəndəsi Valeri Yeretsyan belə hesab edir.
“Biz, müxtəlif ölkələrdə yaşayan ermənilər ən yüksək səviyyədə Ermənistanda nasist cinytəkarların təbliğatı və qəhrəmanlaşdırılmasını təəccüblə müşahidə edirik. İlk növbədə, Drastamat Kanayan (Dro) və Qareqin Njde kimi faşist əlaltılarının. Axı onlar külli sayda dinc sovet vətəndaşlarının ölümündə təqsirkardılar və faşist Almaniyası tərəfində döyüşüblər. Mən anlamıram, hazırki Ermənistan hökuməti bu gün həmin nasist cinayətkraların qəhrəmanlaşdırılması və İrəvanda onlara abidələrin ucaldılmasına necə bəraət qazandırır?”, - V.Yeretsyan deyib.
Onun sözlərinə görə, ermənilərin döyüşlərdə parlaq şöhrət qazanan şanlı qəhrəmanları var. “Bizim həmyerlimiz marşal İvan Baqramyan əsl qəhrəmanlıq və Vətənə xidmətin nümunəsidir. Lakin, bu gün Ermənistanda nə onu, nə də bu cür miqyaslı digər erməni qəhrəmanlarını xatırlamırlar, onların abidələrinə gedən cığır çoxdan ot bağlayıb, indiki erməni gəncləri isə faşist əlaltılarının nümunəsi ilə tərbiyə olunurlar”, - V.Yeretsyan qeyd edib.
V.Yeretsyan bununla erməni hakimiyətinin kifayətlənmədiyi faktını təəssüflə vurğulayıb. “Digər faşist cinayətkarlar, terrorçular və müxtəlif növ şübhəli şəxsiyyətlərin axtarışı və populyarlaşdırılması davam edir. Onların nümunəsi əsasında erməni uşaqları və gənclərin təfəkküründə qəhrəman obrazı formalaşdırılır”, - o əlavə edib.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan Milli Məclisin (parlament) vitse-spikeri Eduard Şarmazanov bəyan edib ki, faşist cinayətkar Qareqin Njdenin abidəsinin ucaldılması və qəhrəmanlaşdırılması Rusiyanı maraqlandırmamalıdır: “İrəvanda Qareqin Njdenin abidəsinin olmasının ruslara aidiyyəti yoxdur... Qareqin Njde - bizim milli qəhrəmandır. Hesab edirəm ki, bu onların işi deyil”. Həm də Şarmazanov bildirib ki, bu məsələdə Rusiya XİN-in rəsmi mövqeyi Ermənistanın tərəfindədir.
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət