Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin tərəfindən yaradılmış "Lazarev klubu" Azərbaycan-Rusiya münasibətlərini poza bilməyəcək. Bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.
"Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin tərəfindən yaradılmış "Lazarev klubu”nun qeyri-konstruktiv, Azərbaycana qarşı yönəlmiş fəaliyyəti Bakı və Moskva arasında əməkdaşlığın mövcud yüksək səviyyəsinə ziyan vura bilməyəcək", - deyə o, bu gün Milli Məclisin plenar iclasında bildirib. "İnterfaks-Azərbaycan" agentliyinin parlament müxbirinin verdiyi xəbərə görə, O.Əsədov vurğulayıb ki, K.Zatulin əvvəllər də Azərbaycana qarşı düşmən mövqe tuturdu. "Zatulin Vladimir Yevseyevin direktor müavini olduğu MDB Ölkələri İnstitutunu yaradıb. Bu qurumun fəaliyyətini erməni tərəf maliyyələşdirir. “Lazarev klubu”nun üzvlərinin Naxçıvanının Ermənistana qaytarılmasına dair bəyanatlarına gəlincə, buna fikir vermək lazım deyil. Məsələ bundadır ki, Naxçıvan və Yerevan arasında məsafə cəmi 60 kilometr təşkil edir və onlar da buna görə narahat olurlar", - deyə spiker qeyd edib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Rusiya Federasiyası Dövlət Dumasının rəhbərliyinə “Lazarev klubu”nun və şəxsən K.Zatulinin qeyri-konstruktiv fəaliyyəti haqqında müraciətin ünvanlanması xahişi ilə O.Əsədova müraciət edib.
"Bu gün biz Bakı və Moskva arasında münasibətlərin fəal və müsbət inkişafını müşahidə edirik. Son zamanlar ölkəmizin ərazi bütövlüyünə dəstək bildirən rusiyalı politoloq və siyasətçilərin Azərbaycana səfərlərinin sayı artıb", - deyə komitə sədri vurğulayıb.
Onun sözlərinə görə, hətta bəzi erməni internet saytları bu klubun fəaliyyəti haqqında çoxmənalı fikirlər səsləndiriblər. "Erməni saytlarından biri qeyd edib ki, “Lazarev klubu”nun yaradılması və fəaliyyəti Ermənistan-Rusiya münasibətləri üçün müalicəvi deyil, ağrıkəsici təsirə malikdir. Zatulin və onun əlaltıları bu gün Yerevan-Moskva münasibətlərində mövcud olan gərginliyi yaxşıya doğru dəyişə bilməyəcəklər", - deyə Ə.Hüseynli bildirib.
Sədr qeyd edib ki, Zatulinin çıxışları və “Lazarev klubu”nun fəaliyyəti Rusiyanın rəsmi siyasətini əks etdirməsə də, biz buna reaksiya verməliyik. "Azərbaycan Xarici İşlər Nazirliyi artıq “Lazarev klubu”nun qeyri-konstruktiv fəaliyyəti ilə əlaqədar rəsmi bəyanatla çıxış edib. Zatulin uzun illərdir erməniyönümlü fəaliyyət həyata keçirir və əgər o, adi deputat olsaydı, bunu elə də ciddi qəbul etməmək olardı. Dövlət Dumasının Rusiya-Azərbaycan Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin Moskva-Bakı münasibətlərini müdafiə etməsi də sevindirici haldır", - deyə o vurğulayıb.
"Zatulinin yaratdığı qrup Rusiyanın maraqlarına zərbə vurur", - deyə deputat Zahid Oruc bildirib.
"Rusiya rəsmiləri 1994-cü ildə hərbi cinayətkar Robert Köçəryanla Dağlıq Qarabağa gəldiyini deyən Zatulinin davranışına siyasi qiymət verməlidirlər", - deyə deputat Bəxtiyar Əliyev söyləyib.*
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət