Hazırda Xəzəryanı dövlətlər arasında qarşıdurma və fikir ayrılığı yoxdur, bürün məsələlər öz həllini tapır. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Bu gün Xəzəryanı ökələr arasında heç bir qarşıdurma və fikir ayrılığı yoxdur. Bütün problemlər həll olunur. Xəzər üzrə Konvensiyanın qəbulu siyasi sabitlik və qarşılıqlı anlaşmanı təmin edib, Xəzəryanı dövlətlər arasında təkmil hüquqi çərçivələr yaradıb ki, onların çərçivəsində hövzəyə daxil olan ölkələr öz münasibətlərini tənzimləyə bilir. Eyni zamanda, bu iqtisadi münasibətlər üçün də yaxşı çərçivələr yaradıb”, - Xələfov cümə axşamı Bakıda keçirilən “Caspian Energy Forum–2019”-da bildirib.
Onun sözlərinə görə, Konvensiya həmçinin iqtisadiyyat və təhlükəsizlik maraqlarının bilriyini nəzərədə tutur, bu da “bizim, xalqlarımız, əməkdaşlığın inkişafı üçün yaxşı imkandır”.
Xələfov Konvensiyanın imzalanmasında Azərbaycan-Rusiya münasibətlərinin rolunu qeyd edib. “Bununla əlaqədar, hesab edirəm ki, Azərbaycanın Rusiya, İran, Türkmənistan və Qazaxıstanla qarşılıqlı dostluq münasibətləri Konvensiyanəın qəıbulunda öz rolunu oynayıb. Təbii ki, dövlətlərin siyasi iradəsi də öz sözünü deyib”, - nazir müavini vurğulayıb.
O əlavə edib ki, “Xəzər beşliyi” ölkələri Türkmənistanda Birinci Xəzər İqtisadi Forum zamanı Xəzər vasitəsilə iri nəqliyyat, enerji, kommunikasiya layihələrinin reallaşdırılmasına dair öz iradələrini yekdilliklə ifadə ediblər.
“Biz Xəzərdə beynəlxalq əməkdaşlığı dəstəkləməyə hazırıq. Bununla əlaqədar ölkələrimizin mütəxəssisləri bu məsələdə mərkəzi rol oynayaraq, qeyd edilən əməkdaşlığın inkişafına töhfə verə bilərlər”, - nazir müavini əlavə edib.
Onun sözlərinə görə, Xəzər dənizi kommunikasiya şəbəkəsi qismində region ölkələrini birləşdirir. “Biz gələcəkdə öllkələrimiz üçün yeni perspektivlər açacaq yeni Transxəzər layihələrin reallaşdırılması üzrə əməkdaşlığı davam etdirə bilərik. Əldə olunan sazişlər bütün ölkələrə bərabər səviyyədə nəqliyyat və kommunikasiya nöqteyi-nəzərindən, dünya bazarlarına çıxış əldə etməyə imkan yaradır”, - Xələfov əlavə edib.
“Üç Xəzəryanı ölkə - Türkmənistan, Qazaxısatn və Azərbaycan daxili kontinental sektorda yerləşməsi, Rusiya və İran vasitəsilə dünya okeanına çıxışı olduğuna görə, Moskva və Tehran bu imkanı qonşu ölkələrə də təqdim etmək niyyətindədirlər”, - nazir müavini bildirib.
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin dövlət başçılarının sammiti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması ilə başa çatıb. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət