Belarus 2021-ci ildə Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş “Dünya nizamına baxış” adlı konfransın keçirilməsini təklif edir. Bunu Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko deyib.
“Bu gün dünya müəyyən mənada 1989-cu illə müqayisə olunan növbəti dönüş mərhələsini yaşayır. Qlobal siyasət getdikcə daha xaotik, nizamsız və gözlənilməz olur. İri dövlətlər arasında əməkdaşlıq zəifləyir, problemlər Qoşulmama Hərəkatından da yan keçməyib. Üzv dövlətlər arasında beynəlxalq gündəmdəki problemlərlə bağlı qarşıdurma artıq adi hala çevrilib və daha da dərinləşir", - deyə V.Andreyçenko bu gün Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşü çərçivəsində aparılan debatlarda bildirib.
Onun sözlərinə görə, bəşəriyyətin mövcud olması ilə bağlı qlobal çağırışlar - terrorizm, iqlim dəyişikliyi, nüvə silahının yayılması və s. daim artır.
“Biz tam əminik ki, Qoşulmama Hərəkatı bu çağırışlara və mənfi tendensiyalara qarşı durmaq üçün ən güclü lokomotivlərdən birinə çevrilmək baxımından böyük potensiala malikdir. Lakin qarşılıqlı etimad və hörmətin olmadığı bir dünyada bu məqsədə çatmaq olmaz. Biz bu etimadı bərpa etməliyik, dövlətlər arasındakı mövcud ziddiyyətləri aradan qaldırmaq üçün geniş beynəlxalq dialoq qurmaq lazımdır. Bu birgə işin uğuru Hərəkatın müasir dünyada layiqli yeri və rolunu təmin edəcək”, - deyə sədr vurğulayıb.
V.Andreyçenko əlavə edib ki, Belarus artıq bu istiqamətdə səy göstərir. Xüsusilə ölkə prezidenti ölkələr arasında etimadın möhkəmləndirilməsi yollarına dair hərtərəfli danışıqlar prosesinin bərpası təşəbbüsünü irəli sürüb. "Ümid edirik ki, Qoşulmama Hərəkatı ölkələri bu təşəbbüsə müsbət cavab verəcək", - deyə o vurğulayıb.
Bundan əlavə, onun fikrincə, Qoşulmama Hərəkatına üzv ölkələr hamı üçün sülh, ədalət və rifah prinsipləri üzərində qurulmuş yeni dünya nizamına kollektiv baxış formalaşdırmalıdır.
Belarus bu kontekstdə bir sıra ideyalar təklif edir. "Birincisi, Hərəkat sədrini 2021-ci ildə "Dünya nizamına baxış” konfransının keçirilməsi məsələsini nəzərdən keçirməyə çağırırıq. Bu görüş böyük rəmzi əhəmiyyət kəsb edəcək. Çünki 2021-ci ilin sentyabr ayında biz Qoşulmama Hərəkatının 60 illiyini qeyd edəcəyik. Yalnız aktiv mövqe Qoşulmama Hərəkatına dünya məsələlərində qanuni rolunu saxlamağa və gücləndirməyə imkan verəcək. İkincisi, 2020-ci ildə BMT-nin yaradılmasının 75 illiyi münasibətilə "Çoxtərəflililik və Diplomatiya Günü"nün keçirilməsini təklif edirik. Bununla, biz bir Hərəkat olaraq yeganə universal beynəlxalq təşkilatda - BMT-də çoxtərəflilik ruhunun möhkəmlənməsinə əhəmiyyətli töhfə verə biləcəyik", - deyə o qeyd edib.
Andreyçenko əlavə edib ki, Belarus müasir çağırış və təhdidlərin qarşısının alınması üçün bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır. "Biz Qoşulmama Hərəkatının BMT Nizamnaməsinə, o cümlədən suverenlik, ərazi bütövlüyü, bərabərlik, mübahisələrin sülh yolu ilə həlli, güc tətbiq edilməməsi, suveren dövlətlərin daxili işlərinə qarışılmaması prinsiplərinə əsaslanan dəyərlərini bundan sonra da dəstəkləyəcəyik”, - deyə Nümayəndələr Palatasının sədri vurğulayıb.
Eyni zamanda, o, Qoşulmama Hərəkatının qlobal gündəmin formalaşmasında aktiv rol oynaya bilməməsindən təəssüfləndiyini bildirib.*
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət