Faşizmin qəhrəmanlaşdırılması, tarixin təkrar yazılma gələcək nəsillər üçün təhdiddir. Bunu Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakıda MDB ölkələri müdafiə nazirləri ilə görüşdə bəyan edib.
“Azərbaycanda tarixin saxtalaşdırılması, faşizmin qəhrəmanlaşdırılması, tarixin təkrar yazılmasına çox həssas yanaşırlar. Bu nəinki tarixin təhrif olunması nöqteyi-nəzərindən təhdiddir. Bu, həmin miflərə inana və tarixi həqiqətdən kənarda qala biləcək gələcək nəsillər üçün təhlükədir”, - Əliyev MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak məqsədilə Bakıya səfərə gələn hərbi komandanlarla görüşdə bildirib.
“Buna görə biz müharibənin səbəbləri haqqında, təcavüzkarın kim olması və həm ölkəsini, həm də dünyanın yarısını XX əsrin bu taunundan xilas etmiş sovet xalqının qəhrəmanlığı barədə həqiqətin dünyaya çatdırılması üçün ümumi səylərimizlə çox fəal iş aparmalıyıq”, - Azərbaycan prezidenti əlavə edib.
“Əfsuslar olsun ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılması faktları var”, - o qeyd edib.
İ.Əliyev vurğyulayıb ki, misal üçün Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür”. u adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir “xadim”ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir”, - o bildirib.
Əliyev qeyd edib ki, təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. “Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük”, - dövlət başçısı bəyan edib.
Prezidentin sözlərinə görə, Azərbaycanda Böyük Vətən müharibəsinin veteranlarına qayğı göstərilməsi hökumətin gündəlik işidir.
“Artıq uzun illərdir 9 may tarixi dövlət bayramı kimi qeyd olunur və veteranlara qayğının göstərilməsi bizim gündəlik işimizin bir hissəsidir. Onlar diqqət, qayğı ilə əhatə olunublar, onların maddi rifahı təmin edilir. Onlar bizim üçün qəhrəmanlıq nümunəsidirlər”, - Azərbaycan prezidenti bəyan edib.
Onun sözlərinə görə, Heydər Əliyev respublikaya qayıtdıqdan sonra Qələbə Günü Azərbaycanda dövlət bayramına çevrildi.
“Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində əvvəlki, xalqa qarşı olan hakimiyyət bu günü təqvimdən silmişdi. Xalqın yaddaşından da silməyə çalışırdı, veteranlara hörmətsizlik nümayiş edirdi. Böyük Vətn müharibəsi tarixinin təhrif olunmssı cəhdləri olub, əfsuslar olsun ki, hazırda bəzi ölkələrdə bu kifayət dərəcədə kütləvi xarakter alır”, - Azərbaycan lideri bildirib. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət