“Zəngəzurda Qarağöl gölü ətrafındakı hazırki vəziyyəti sərhəddəki və ya sərhədyanı münaqişə adlandırmayın, çünki Azərbaycanla Ermənistan arasında universal anlamda dövlət sərhədi yoxdur. Hələlik yalnız 1970-ci illərin əvvəlində SSRİ Nazirlər Soveti yanında BaşGeodeziya vəKartoqrafiya idarəsi tərəfindən tərtib olunan və sovet silahlı qüvvləri üçün topoqrafik xəritələrin buraxılmasında ixtisaslaşan SSRİ Müdafiə Nazirliyinin 6-cı tipoqrafiyasının 1975-ci ildə dərc etdiyi xəritədə xətt var”, - rusiyalı tarixçi, hüquqşünas və politoloq Oleq Kuznetsov Azərbaycan-Ermənistan sərhədində vəziyyəti şərh edərkən “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, təqribən son 50 il ərzində bu xəritələr mühüm dərəcədə köhnəliblər, çünki bəşəriyyət inkişaf edir. “Lakin, 1977-ci ilin yeni sovet Konstitusiyasının qəbul olunmasına yönələn SSRİ Silahlı Qüvvələri Baş Qərargahın bu xəritəsindən başqa Ermənistan-Azərbaycan sərhəd xəttinin keçməsinə dair yidigər hüquqi doğru olan məlumat mənbəəyi yoxdur, bu səbəbdən bu yaxınlarda başa çatış Dağlıq Qarabağ münaqişəsinin tərəfləri, bunun kiminsə xoşuna gəlib və ya gəlməməsinə baxmayaraq, təxminən yarım əsr öncəki reallıqlara qayıtmaq məcburiyyətindədirlər”, - politoloq qeyd edib.
Kuznetsov əlavə edib ki, Köhnə Dünyada sərhədlərin pozulmaması prinsipini müəyyən edən 1975-ci il HelsinkiYekun Aktıbunu tələb edir. “Bu beynəlxalq-hüquqi sənədin Avropanın müxətlif nöqtələrində və ayrı-ayrı ölkələr tərəfindən dəfələrlə pozulması ilə bağlı mənə etiraz bildirə bilərlər, ancaq Azərbaycan özü üçün beynəlxalq hüquqa riayət etmək startegiyasnə seçib və buna əsaslanaraq öncə silahlanaraq işğal olunmuş ərazilərini azad edib, bununla da BMT TŞ-nin 4 qətnaməsini yerinə yetirib, indi isə həmin beynəlxalq-hüquqi sənədə əsasən öz dövlət sərhədini bərpa edir”, - politoloq vurğulayıb.
“Başqa sözlə desək, Azərbaycan rəsmi-hüquq nöqteyi-nəzərindən, beynəlxalq hüquqa görə tamamilə haqqlıdır və dünyada hər kəs bunu çox yaxşı anlayır. Buna görə, hüquqdan deyil, siyasətdən danışırlar. Lakin müasir siyasətin əsas prinsiöi mövqeyindən, ən güclünün haqlı olduğu zaman, Azərbaycan da eyni cür hərəkət edir: müharibədə prinsipial çoxəsrlər boyu düşmənini – dövlət olaraq Ermənistanı yox, məhz xarici güclərin dəstəklədiyi anti-Azərbaycan əsaslarının təmsilçisi olan erməni etnosuna qalib gələrək – indi bir zamanlar ondan qoparılan bir hissəni gücü hesabına geri alır və indi heç kim bunu etməyə ona mane ola bilməz”, - Kuznetsov qeyd edib.
Aydındır ki, müasir siyasətçilər, politoloqlar və jurnalistlərin fərdi qaydada xəbərsiz olmaları səbəbindən diqqət yönəltmədikləri, Azərbaycanın ərazi bütövlüyünün 1988-ci il deyil, məhz 1975-ci il sərhədlərində bərpası miatsum ideyalarının - ermənilərin Ermənistan ərazisinin Qarabağla birləşməsi ilə bağlı həyata keçməyən ümidləri üzərindən qalın xətt çəkəcək, bu erməni xalqının tarixini geri çevirəcək və onu 50 il geriyə atacaq. “Həmçinin, başa düşmək lazımdır ki, miatsum ideyası, SSRİ-nin süqutundan sonra dünya xəritəsində meydana gələn “Üçüncü” Ermənistan Respublikası adlanan Qarabağda müharibənin əsas təşəbbüskarının rəsmi dövlət ideologiyası olub. Miatsum ideologiyasının darmadağın olması avtomatik olaraq müasir erməni dövlətçiliyinin dağılması deməkdir, indi İrəvanda bunu çox yaxşı anlayırlar. Ötən ilin payızında müharibədə uduzmaq deyil, məhz 1975-ci ilin xəritələri üzrə Azərbaycan sərhədlərinin bərpası hazırki şəraitdə Ermənistanı “öldürəcək”, onu yaradıldığı andan reallaşdırdığı ideyanın məhv olmasına görə yaşama səbəbindən məhrum edəcək”, - Kuznetsov vuğulayıb.
Onun rəyinə görə, hazırda Ermənistan dövlətçiliyi uzun zamandır və əzabla can verir, lakin Azərbaycan Ordusu Qazax və Naxçıvanın müxtariyyətlərinə daxil olan kimi, düşünürəm ki, bu artıq cari ilin sonuna qədər baş verəcək, o zaman Ermənistanda ideoloji kollaps gözləmək olar, bunu Almaniyanın kapitulyasından sonra nasizmin süquta uğraması ilə müqayisə etmək mümkündür. “İndi gözümüzün qarşısında nəinki miatsum ideyası, həm də ümumilikdə “Böyük Ermənistan” ideyası əzabla can verir, onun ərazisi Onore de Balzakın eyniadlı romanından olan şaqren dərisi kimi gündən günə azalır və ermənilərin buna qarşıdurmaq üçün real imkanları yoxdur. Onların iniltiləri və dünya birliyinə ünvanlanan müraciətləri havada qalır. Dünya bilriyi çox yaxşı anlayır ki, hüquq və güc hazırda Azərbaycanın tərəfindədir və əz azından, indi və burada bununla heç nə etmək mümkün deyil. Məhz bu səbəbdən erməni siyasətçilər mövcud olduqları kontekstdə, rejimin aqoniyasını uzatmağa çalışaraq Qaragöl ətrafında vəziyyəti şişirdirlər, ümid edrilər ki, biabırçı sonluqlarını bir qədər uzada bilərlər, batmaqda olan birinin saman çöpündən yapışdığı kimi, eyni zamanda başa düşür ki, bu ona heç cür kömək etməyəcək”, - Oleq Kuznetsov əlavə edib. **
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət