Moskva Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinin tezliklə başlamasının tərəfdarıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası işlərinin mümkün qədər tezliklə başlamasının tərəfdarıyıq. Bunun Qarabağ bölgəsinə və nizamlanma məsələlərinə aidiyyəti yoxdur, bu, sırf ikitərəfli məsələdir. Artıq bir ilə yaxındır ki, biz delimitasiya və demarkasiya məsələləri üzrə komitə yaradaraq, bu komissiyada məsləhətçi olmağımızı təklif edərək, Sovet İttifaqının formalaşmasının müxtəlif mərhələlərini, İttifaqın sərhədlərində və müttəfiq respublikalar arasındakı sərhədlərdə baş vermiş dəyişiklikləri əks etdirən xəritələrin Rusiya Baş Qərargahında və digər strukturlarda olmasını nəzərə alaraq bu işə başlamağı təklif edirik”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Rusiyalı nazir qeyd edib ki, dünən bu məsələni Ermənistan xarici işlər naziri ilə müzakirə edib. “Dünən mən yeni təklifləri olan erməni həmkarımla danışdım, biz o təklifləri Bakıya göndəririk. Görək komissiyanın tez işə salınması üçün nə edə bilirik. Moskva komissiyanın yaradılmasını və ilk növbədə həll edilməli olan məsələlərin onun gündəliyinə daxil edilməsini məqsədəuyğun sayır”, - deyə S.Lavrov əlavə edib.*
N.Abbasova
Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı növbəti vəsatətini rədd edib
Azərbaycanda COVID-19-a yoluxma sayı azalıb
Azərbaycanda mərc oyunlarından əldə olunan gəlirin bir hissəsi idmanın inkişafına yönəldiləcək
ƏƏSMN İsmayıllıda “DOST Evi” mərkəzinin tikintisinə 5,5 milyon manat yönəldəcək
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq