Xəzəryanı ölkələrin prezidentləri Aşqabadda keçirilən Zirvə Toplantısında təsdiq ediblər ki, sahilyanı dövlətlərin Xəzər dənizindəki fəaliyyəti dövlətlərin suverenliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında həyata keçiriləcək.
“Prezidentlər bir daha təsdiq ediblər ki, sahilyanı dövlətlərin Xəzər dənizindəki fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçiriləcək: dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, suveren bərabərliyinə hörmət, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, qarşılıqlı hörmət, əməkdaşlıq, bir-birinin daxili işlərinə qarışmamaq”, - deyə iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının yekunları üzrə qəbul olunmuş kommunikedə bildirilir.
Kommunikenin mətnini Qazaxıstan prezidentinin mətbuat xidməti yayıb.
Sammit iştirakçıları təsdiq ediblər ki, Xəzər dənizindən yalnız dinc məqsədlər üçün və dinc vasitələrlə istifadə olunacaq.
Tərəflər Xəzər regionunda təhlükəsizlik və sabitliyin, sahilyanı dövlətlərin sabit silahlanma balansının təmin edilməsi, hərbi quruculuğun bütün tərəflərin maraqları nəzərə alınmaqla ağlabatan yetərlilik hədlərində həyata keçirilməsi, bir-birinin təhlükəsizliyinə xələl gətirilməməsi barədə razılığa gəliblər.
Prinsiplərdən biri də hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimad tədbirlərinə bütün sahilyanı dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələrə uyğun olaraq öngörənlik və şəffaflıq ruhunda riayət edilməsidir.
Tərəflər Xəzər dənizində sahilyanı dövlətlərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmasına imkan verməyəcək, Tərəflərdən hər hansının əleyhinə təcavüz və digər hərbi fəaliyyətin həyata keçirilməsi üçün hər hansı bir Tərəfin öz ərazisini digər dövlətlərə verməyəcək,
Bununla yanaşı, Tərəflər sahilyanı dövlətlərin suveren və müstəsna hüquqlarına və bununla bağlı Tərəflərin müəyyənləşdirdiyi fəaliyyət növlərinə münasibətdə onların qəbul etdikləri qaydalara riayət etməklə, hər bir Tərəfin ərazi sularının hüdudlarından kənarda dəniz üzgüçülüyünün azadlığı; dəniz üzgüçülüyünün təhlükəsizliyinin; Xəzər dənizində müstəsna olaraq Tərəflərin hər birinin bayraqları altında üzən gəmilərin üzgüçülüyü, giriş/çıxışının həyata keçirilməsinin təmin edilməsi barədə razılığa gəliblər.
İştirakçılar, həmçinin birgə su bioloji resursların artırılması və istifadəsinin tənzimlənməsi üzrə razılaşdırılmış norma və qaydaların tətbiqini; Xəzər dənizinin ekoloji sisteminə vurulan zərərə görə çirklənməyə yol verən Tərəfin məsuliyyətini; Xəzər dənizinin təbii mühitinin qorunması, onun bioloji resurslarının mühafizəsi, bərpası və səmərəli istifadəsini təsdiq ediblər.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət