Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin Vahid nəqliyyat administrasiyasının rəhbəri İrakli Taktakişvili bu ölkə ilə Rusiya arasında müntəzəm avia əlaqənin may ayından bərpası barədə son günlər yayılan məlumatı təkzib edib.
“Bu məsələyə dair rəsmi danışıqlara hələ başlanmayıb”,-deyə İ.Taktakişvili bazar ertəsi jurnalistlərə bildirib. Onun sözlərinə görə avia əlaqənin bərpa şərtləri diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə çatdırılıb. “Biz onlara Tbilisiyə gəlməyi təklif etdik. Lakin Moskvadan heç bir cavab almadıq”,-deyə İ.Taktakişvili qeyd edib. O ehtimal edir ki, yaxın gələcəkdə iki ölkə arasında avia əlaqənin bərpası “Rusiya aviaşirkətlərinin istəyi ilə” mümkün ola bilər. “Biz Rusiya şirkətlərinə uçuşların qrafikini bildirdik və hazırda analoji addımı Moskva atmalıdır”,-deyə İ.Taktakişvili qeyd edib. Onun fikrincə, bu məsələyə dair qərarın qəbulu, hər şeydən öncə siyasi iradədən asılıdır. “Əgər Rusiya tərəfi siyasi iradə nümayiş etdirərdə, biz xahiş edəcəyik ki, Moskva uçuşların qrafikini təsdiqləsin və Gürcüstan aviaşirkətlərini də bu barədə məlumatlandırsın”,-deyə nəqliyyat administrasiyasının rəhbəri vurğulayıb.
Qeyd edək ki, Gürcüstanla Rusiya arasında aviə əlaqə iki ölkə arasında münasibətlərin kəskinləşməsi fonunda Rusiya tərəfinin 3 oktyabr 2006-cı il tarixli qərarı ilə kəsilib.
2007-ci il fevral ayının əvvəllərində Moskvada iki ölkə arasında avia əlaqənin bərpasına dair danışıqların birinci raundu keçirilsə də konkret nəticə əldə olunmayıb. Rusiya tərəfi bildirir ki, Gürcüstanla avia əlaqənin kəsilməsinə səbəb gürcü tərəfin aeronaviqasiya xidmətlərinə gorə $3 mln. həcmində borcunun olmasıdır.
İki ölkə arasında müntəzəm hava əlaqəsi dayandırıldıqdan sonra bir neçə çarter reysləri həyata keçirilib. Gürcüstan patriarxının təşəbbüsü ilə Pasxa bayramı günlərində Tbilisi və Moskva arasında üç belə reys həyata keçirilib.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət