- Siz Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Bu sahədə hansı perspektivlər var?Azərbaycan iqtisadiyyatının hansı sahələri Rusiya şirkətləri üçün cəlbedicidir?
- Son illər Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq yüksək inkişaf dinamikası əldə edib. 2006-cı ilin yekununda ölkələrimiz arasında mal dövriyyəsi 2005-ci illə müqayisədə 52% artaraq $1,5 milyardı aşıb. Buna yüksək səviyyədə aparılan müntəzəm dialoq, milli iqtisadiyyatımızın yüksək inkişaf tempi və ikitərəfli əməkdaşlığın kifayət qədər möhkən hüquqi müqavilə bazası imkan verib.
Bu gün Azərbaycanda Rusiya firma və şirkətlərinin yüzlərlə filial və nümayəndəlikləri, birgə müəssisələr fəaliyyət göstərir. Azərbaycanla xarici ticarət fəaliyyətinə Rusiya Federasiyasının 12 subyekti cəlb edilib.
Cari ilin yanvarın 1-dən Azərbaycana Rusiya qazının idxalının dayandırılmasına baxmayaraq (nəticədə mal dövriyyəsi $500 mln. itki verib) biz Rusiya ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin perspektivlərini nikbin qiymətləndiririk. Artıq bu gün RF-nın Ticarət Nümayəndəliyinin Azərbaycan Respublikasında bilavasitə iştirakı ilə bu münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çıxması üçün zəmin yaradılıb. Konseptual planda isə bu, mal dövriyyəsinin ümumi həcmində maşın-texniki məhsulların, yüksək texnologiyalı avadanlıqların, innovasiya sahəsində qarşılıqlı fəaliyyətin inkişafına imkan verən qarşılıqlı ticarətin diversifikasiyasıdır. Biz Rusiya qazının idxalının dayandırılması ilə əlaqədar mal dövriyyəsində itkilərin yerini doldurmaq məqsədilə Azərbaycan bazarına artıq qeyd etdiyim kimi nəqliyyat vasitələrinin, neft-qaz hasilatı və energetika kompleksi üçün maşınqayırma məhsulları, körpü konstruksiyaları, kənd təsərrüfatı və xüsusi texnika, tibbi, eləcə də digər yüksək texnologiyalı avadanlıqların ixracının artırılmasına fəal yardım etmək niyyətindəyik. İnşaat materiallarının, eləcə də ərzaq məhsullarının da ixracını təşkil edəcəyik. Aərbaycandan Rusiyaya faraş meyvə-tərəvəz məhsullarının və qənnadı sənayesi üçün xammalın ixracı əhəmiyyətli ehtiyatdır.
Rusiya bisnes strukturu üçün dəmiryolu, metro vaqonları, yük, minik, ixtisaslaşdırılmış avtomobillər və avtobuslar, tankerlər və quru yük gəmiləri sahəsində əməkdaşlıq daha cəlbedicidir. Maşınqayırma, metallurgiya, elektrik enerjisi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, informasiya texnologiyaları və kosmik tədqiqatlar, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə saziş çərçivəsində qarşılıqlı fəaliyyəti tamamilə perspektivli istiqamətlər hesab etmək olar. Gömrük, turizm və əhaliyə xidmət sahəsində istifadə olunmamış ehtiyatlar çoxdur.
- Siz Azərbaycanda RF Ticarət Nümayəndəliyinin əsas məqsədini nədə görürsünüz?
- Öz fəaliyyətinə 2006-cı ilin martında başlamış RF-nın Azərbaycandakı Ticarət Nümayəndəliyinin əsas vəzifə və məqsədi Rusiyadan ixrac olunan malların və xidmətlərin diversifikasiyası və genişləndirilməsinə yardım etmək, ölkələrimiz arasında təsərrüfat əlaqələrini inkişaf etdirməkdir. Bizim vəzifəmiz bir tərəfdən azərbaycanlı tərəfdaşlarımıza Rusiya iqtisadiyyatı və onun investisiya mühiti haqqında tam və obyektiv informasiya vermək, digər tərəfdən isə federal və regional hakimiyyət orqanlarını, xarici ticarət fəaliyyəti ilə məşğul olan rusiyalı iştirakçıları Azərbaycanda keçirilən tenderlər, sərgilər, yarmarkalar və iqtisadi forumlar haqqında ətraflı məlumatlandırmaq, informasiya təminatını həyata keçirmək, onlara malların satışı, iş və xidmətlə bağlı sifarfişlərin əldə edilməsinə yardım etməkdən ibarətdir. Bir sözlə məqsədimiz ölkələrimizin sahibkarlıq strukturları arasında işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə kömək etməkdir. Bizim Azərbaycanın nazirlikləri, idarələri, iri şirkətləri və iqtisadi yönlü QHT ilə qurduğumuz sıx qarşılıqlı əlaqələrin heç də tam olmayan siyahısı bundan ibarətdir.
- “RusAl” SC alüminium zavodunun tikintisilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparır. Həmin danışıqlar hansı mərhələdədir? Real işlərə nə vaxt başlanılacaq?
- Təəssüf ki, “RusAl” və Azərbaycan hökuməti arasında danışıqlar ötən ilin sonlarında enerjidaşıyıcıları üçün tarif məsələsinin tənzimlənməməsi səbəbindən dayandırılıb. Bizdə olan məlumatlara görə başqa strukturlarla birləşdikdən sonra dünyada iri alüminium istehsalçısı kimi transmilli korporasiyaya çevrilən “RusAl” Azərbaycan bazarına marağını itirməyib və yaxın vaxtlarda ildə 300 min ton gücündə alüminium zavodunun tikintisinə dair danışıqları bərpa edəcək.
- “KamAZ” ASC-nin rəhbərliyi yük avtomobillərinin Azərbaycanda yığılmasında maraqlı olduğunu bəyan edib. Bu layihə üzrə hər hansı bir konkret razılaşma var?
- Doğrudan da, hələ 2006-cı ilin avqustunda “KamAZ” ASC rəhbərliyi Azərbaycan və Tatarıstan respublikaları arasında hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 1-ci iclasında qəbul olunmuş qərarlar əsasında bu məşhur markalı yük maşınlarının yığılması üzrə müəssisənin yaradılması təklifi ilə Azərbaycan hökumətinə müraciət edib. 2007-ci ilin fevralında Azərbaycan hökuməti “KamAZ” ASC-yə baza kimi “Azmotors ko LTD” avtomobillərinin yığım texnikasından istifadə etməyi təklif edib.
Bununla yanaşı, “KamAZ” ASC yığım istehsalının təşkili üzrə beynəlxalq təcrübəyə əsaslanaraq, bu layihənin vergi və gömrük rejimi güzəştləri təqdim olunmaqla dövlət tərəfindən dəstəyinin zəruriliyini vurğulayır. Ticarət Nümayəndəliyi bu danışıqlar prosesinin monitorinqini keçirir və ümidvardır ki, ASC-nin baş direktoru S.A.Koqoginin Azərbaycana səfəri zamanı tərəflər müvafiq saziş imzalayacaq.
- RAO “EES” və “Qazprom” QSC Azərbaycanda həyata keçirilən layihələrə müəyyən maraq göstərmişdir. Xüsusilə, RAO “EES” elektrik-paylayıcı şəbəkələrin idarə olunması, “Qazprom” isə respublikanın qaz anbarlarından istifadə imkanları ilə maraqlanmışdır. Bu layihələr hansı mərhələdədir? Rusiya şirkətlərində hələ də maraq qalıbmı?
- Ötən il “İnter RAO EES” Azərbaycanın enerji sisteminin paylayıcı şəbəkələrinin idarə olunmasında, generasiya obyektlərinin özəlləşdirilməsi, tikintisi və modernləşdirilməsində iştirakına dair təkliflərini ölkə hökumətinə təqdim edib. Ən azı Azərbaycan DRES-in enerji bloklarının modernləşdirilməsi məsələsində müsbət reaksiyaya ümid edirik.
“Qazpom”a gəlincə, onun Azərbaycan ərazisində həyata keçirilən layihələrdə iştirakı böyük sual altındadır. Buna səbəb şirkətin ötən ilin sonlarında Azərbaycan tərəfi ilə qazın qiyməti ilə bağlı danışıqlarda nümayiş etdirdiyi sərt mövqedir.
- Hazırda Azərbaycanda xüsusi iqtisadi zonaların və sənaye şəhərciklərinin yaradılması ideyaları fəal şəkildə işlənir. Ticarət nümayəndəliyi Rusiya şirkətlərini bu zonalarda biznesin təşkilinə sövq edəcəkmi?
- Ticarət nümayəndəliyi Rusiya biznesinin yaradılan XİZ-də və sənaye şəhərciklərində fəal iştirakı üçün nəinki təşviqat aparacaq, həm də konkret tədbirlər həyata keçirəcək. Konkret layihələr və təkliflərlə bağlı söhbət hələ qabaqdadır. İstərdik ki, onlar daha çox informatika və innovasiya texnologiyaları sahələrinə aid olsun.
- Rusiya bazarlarına Azərbaycan mallarının çıxarılması nə dərəcədə realdır? Azərbaycan istehsalçısı Rusiya bazarına çıxmaq üçün nə etməlidir?
- Artıq bu gün Moskva, Sankt-Peterburq və Rusiyanın başqa regionlarının bazarlarında Azərbaycan istehsalı olan meyvə-tərəvəzdən geniş istifadə edilir. Azərbaycan konyakı və şərab brendi geniş yayılır. Bu məhsullara kütləvi xarakter vermək üçün standart tələblərə və sanitar normalara əməl etmək, müasir qablaşdırma materialları istehsalını təşkil etmək lazımdır.
Gələcəkdə “AZERSUN HOLDING” şirkəti bizim dəstəyimizlə Moskva ətrafında çay fabriki tikmək niyyətindədir. Ümumilikdə, Azərbaycanda istehsal olunan istənilən rəqabət qabiliyyətli məhsul Rusiyanın iri bazarlarında alqışlanacaq.
- Son vaxtlar Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə iqtisadi əlaqələrini fəal şəkildə inkişaf etdirir. Belə əməkdaşlıq forması nə dərəcədə optimaldır? Bu sahədə nə kimi perspektivlər var?
- Ticarət Nümayəndəliyi hesab edir ki, Rusiyanın ayrı-ayrı regionları ilə Azərbaycan arasında birbaşa əlaqələrin inkişafı ölkələrimiz arasında iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın möhkəmlənməsi üçün mühüm ehtiyatdır. Artıq bu gün Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla xarici ticarət fəaliyyətinə cəlb edilib. Onlardan 12-i sizin tərəfdən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər çərçivəsində qarşılıqlı fəaliyyət həyata keçirir.
Tatarıstan Respublikası, Stavropol diyarı, Sverdlovsk, Samara, Nijeqorodskaya vilayətləri və Moskva şəhəri Azərbaycanla çox səmərəli və məqsədyönlü münasibətlər qurur. Bu gün regional əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çıxarılması vacibdir. Bu məqsədlə şərikliyə birdəfəlik son qoymaq və ikitərəfli əlaqələri daimi zəminə keçirmək çox vacibdir. Çalışırıq ki, Rusiya regionlarının rəhbərlərini Azərbaycanda onların daimi nümayəndələrinin olmasının vacibliyinə inandıraq. Məqsəd bu ölkə iqtisadiyyatının monitorinqini aparmaq, onun tələbatını üzə çıxarmaq, investisiya ab-havasını öyrənmək, biznes üzrə maraqlı tərəfdaşlarla işgüzar əlaqələr qurmaqdır.
Bu təşkilatın sayəsində Moskva və Tatarıstanın müəssisələri Azərbaycan bazarında uğurla fəaliyyət göstərir.
Gələcəkdən danışsaq, yaxın vaxtlarda Azərbaycanla saziş baglayan Rusiya subyektlərinin siyahısına Kemerevo, Ulyanovsk və ola bilsin ki, Orenburq vilayətləri də daxil olsun.
Bundan əlavə, Rusiya-Azərbaycan parlamentlərarası komissiyasının son qərarı ilə bu il ərzində Bakıda Rusiya dairələrinin birinin təqdimatının keçirilməsi planlaşdırılır. Düşünürəm ki, planlaşdırdığımız bütün işlərin həyata keçirilməsi Rusiya və Azərbaycan arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan vermək üçün davamlı zəmin yaradacaq.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank-dan illik 9.5% ilə yay krediti!
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət