Azərbaycan Beynəlxalq Bankı (ABB) Dünya İqtisadi Forumunun (World Economic Forum) əsas strukturlarından olan Qlobal İnkişaf Şirkətləri Cəmiyyətinin (Community of Global Growth Companies) həmtəsisçilərindən biri olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Bankından məlumat verilib.
Azərbaycanın nümayəndə heyəti sentyabrın 6-8-də Dünya İqtisadi Forumunun təşəbbüsü ilə keçirilən Yeni Çempionların Birinci İnauqurasiyası toplantısında (First inaugural Annual Meeting of the New Champions) iştirak edib. Azərbaycan Beynəlxalq Bankı burada forumun rəsmi tərəfdaşı kimi çıxış edib.
Forumun tərəfdaşı qismində ABB nümayəndə heyətini formalaşdırmaq səlahiyyəti əldə edib. Bu heyətə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən informasiya texnologiyaları sahəsində AZEL (Azerbaijan Electronics) və R.I.S.K., maliyyə və sığorta (Ateshgah Insurance Company) və digər sahələr üzrə iri yerli şirkətlərin rəhbərləri daxil olub.
“Forum Azərbaycan nümayəndə heyətinə böyük dividendlər gətirib, çoxlu sayda işgüzar görüşlər və müzakirələr aparılıb ki, onların müsbət nəticələri yaxın zaman ərzində ölkə iqtisadiyyatında öz əksini tapacaq”,- deyə bankdakı mənbə bildirib.
Azərbaycan Beynəlxalq Bankının nümayəndə heyətinin tərkibinə idarə heyətinin sədri Cahangir Hacıyev, idarə heyəti sədrinin müavini Vaqif Əkbərov, marketinq departamentinin direktoru Anar Nəcəfli daxil olub.
Sonda Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ABB-in idarə heyətinin sədri Cahangir Hacıyevə Qlobal İnkişaf Şirkətləri Cəmiyyətinin həmtəsisçisi diplomunu və cəmiyyətin 2007-ci il sentyabrın 25-27-də Çinin Tiancin şəhərində keçiriləcək ikinci iclasında iştirak etmək üçün dəvətnamə təqdim edib.
ABB nəinki Azərbaycanda, ümumiyyətlə Cənubi Qafqaz regionunda bu ilin iyunundan Qlobal İnkişaf Şirkətləri Cəmiyyətinin tamhüquqlu üzv statusu alan birinci şirkətdir. Bundan başqa, ABB ABN Amro, Deutsche Bank, Ernst&Young, Goldman Sachs, Intel Corporation, Siemens və digər şirkətlərlə yanaşı Forumun tərəfdaşı statusunda çıxış edir.
Qlobal Inkişaf Şirkətləri Cəmiyyəti dünya iqtisadiyyatında aparıcı rol oynayan və qarşıdakı 5 il ərzində dünya iqtisadiyyatına təsir edə biləcək şirkətləri birləşdirir. Cəmiyyətə son iki ildə 15% faizdən artıq inkişaf potensialı nümayiş etdirən, dövriyyəsi 200 milyon ABŞ dollarından 2 milyon ABŞ dollarına qədər olan (yerləşdiyi ölkədən asılı olaraq) və fövqəladə liderliyə və müvəffəqiyyətə nail olmuş dünyanın aparıcı şirkətləri qəbul edilirlər.
Azərbaycan Beynəlxalq Bankı respublikanın ən böyük bankıdır. Bank 1992-ci ildə səhmləşdirilib və dövlətin idarəçiliyi altındadır. Bankın səhmlərinin nəzarət paketinin 50,2%-i MN–nə, 10%-i bankın əməkdaşlarına, 40%-ə qədəri isə fiziki şəxslərə məxsusdur.
ABB 2006-cı ilin yekunlarına əsasən “İnterfaks-İTM”in hazırladığı “İnterfaks-1000”: MDB bankları renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 50-ci, Azərbaycan bankları sırasında 1-ci yeri tutub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət