Şənbə günü birləşmiş müxalifətin Tiflisdə keçirdiyi mitinqinin iştirakçıları ölkə parlamentinin binasına doğru yönəlib.
“İnterfaks”ın müxbirinin verdiyi məlumata görə, aksiyada 5 minə qədər adam iştirak edir. Polis isə demək olar ki, görünmür.
Mitinqdə çıxış edən təşkitçılardan biri, parlamentin deputatı Giya Tortladze bildirib ki, aksiya hakimiyyətə yanvarın 5-də keçiriləcək prezident seçkilərinin yekunlarını saxtalaşdırmasına yol verilməməsi barədə xəbərdarlıq etmək məqsədilə keçirilir.
"Biz istənilən, lakin dinc yollarla öz səsimizi müdafiə edəcəyik", - deyə Q.Tortladze vurğulayıb.
O bəyan edib ki, yanvarın 5-də seçkilər günündə hər bir seçki məntəqəsində birləşmiş müxalifətin onlarla nümayəndəsi olacaq. Məqsəd ixtişaşlara və seçkilərin saxtalaşdırılmasına yol verməməkdən ibarətdir.
Mitinqdə çıxış edənlərdən biri bura toplaşanları yanvarın 6-da Tiflisdə analoji aksiyaya gəlməyə çağırıb.
Mitinqdə demək olar ki, bütün iştirakçılara birləşmiş müxalifətin rəmzi olan ağ yaylıq paylanılıb.
Aksiya təşkilatçıları “İnterfaks”a bildiriblər ki, həmçinin Tiflisin mərkəzindəki parlament binasına piyada yürüş keçirilməsi də planlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət