İran, Rusiya, Əlcəzair və Qətər OPEK-ə bənzər qaz kartelinin yaradılması ilə bağlı məsləhətləşmələr aparırlar. Bu barədə İranın RF-dəki səfiri Qulamrza Asəfi məlumat verib.
“İndi qaz istehsalçısı olan ölkələr OPEK-ə bənzər bir formalaşma strukturunun yaradılması üçün danışıqlar və məsləhətləşmələr aparırlar. Bunlar İran, Rusiya, Əlcəzair və Qətərdir”,- deyə o, “İnterfaks” agentliyinə çərşənbə günü verdiyi müsahibəsində bildirib. Səfir qeyd edib ki, Tehran bu danışıqlara müsbət yanaşır.
“Biz ümid edirik ki, müsbət qiymətləndirdiyimiz bu məsləhətləşmələrin nəticəsində müvafiq təşkilat yaradılacaq. Ümid edirik ki, bu təşkilatın yaradılması istehsalçı və istehlakçı ölkələrə xeyir gətirəcək, eləcə də bu enerji daşıyıcısının səmərəli istifadəsinə yardım edəcək”,- deyə iranlı diplomat bildirib.
Onun sözlərinə görə, hələlik “qaz OPEK”inin öz əməliyyatlarında dollardan istifadədən imtina edəcəyi ilə bağlı məsələyə baxılmır.
“Əlbəttə ki, bu təşkilatın məşğul olacağı məsələlərdən biri qazın dünya bazarlarında satılması məsələsi olacaq. Lakin məncə indi əsas prioritet bu təşkilatın strukturu məsələsidir”,- deyə İran səfiri bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət