Ermənistan prezidenti Robert Köçəryanın sərəncamına əsasən, martın 14-dən KİV üzərindən fövqəladə vəziyyət zamanı tətbiq olunan bir sıra məhdudiyyətlər götürüləcək. Bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
Ötən çərşənbə günü R. Köçəryan jurnalistlərə bildirib ki, “indi fövqəladə vəziyyət çərçivəsində biz nəyin edilə biləcəyini göstəririk. Yeni sərəncamla isə biz nəyin edilə bilməyəcəyini göstərəcəyik”.
Prezidentin sərəncamına əsasən, “KİV-ə dövlət və daxili siyasi məsələlər üzrə sabitliyi pozan, aşkar yalan məlumatları təqdim etmək qadağan edilir”. Bundan əlavə, KİV-ə qanunsuz tədbirlərdə iştiraka çağırışlar, eləcə də bu cür məlumatların və çağırışların dərc edilməsi qadağan edilir.
Əvvəllər sərəncamda KİV-in dövlət və daxili siyasi məsələlərlə bağlı məlumatları yalnız rəsmi məlumat çərçivəsində dərc etməsi nəzərdə tutulurdu.
İndi Ermənistanda təşkilatların fəaliyyətinə mane olan toplantıların, mitinqlərin, yürüşlərin və digər kütləvi tədbirlərin keçirilməsi hələ də qadağan edilib. Nəqliyyat vasitələrində və vətəndaşlar üzərində axtarış aparmağa icazə verilib.
R. Köçəryan prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifətin keçirdiyi aksiyalara cavab olaraq martın 1-dən İrəvanda fövqəladə vəziyyətin elan edilməsi barədə sərəncam imzalayib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət