Gürcüstan parlamentinin sədri Nino Burcanadze müxalifət liderləri ilə yarımçıq qalan dialoqu istənilən vaxt davam etməyə hazır olduğunu bəyan edib. Xatırladaq ki, yanvarın 5-dəki prezident seçkilərində iştirak edən müxalifət liderləri seçici bülletenlərinin yenidən hesablanması, siyasi məhbusların azad edilməsi və Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi tələbilə doqquz gün bundan əvvəl aclıq aksiyasına başlayıblar.
“Mən bir dəfə də olsun müxalifət liderlərinə ultimatum verməmişəm və yarımçıq qalan dialoqu istənilən vaxt davam etməyə hazıram”,- deyə N. Burcanadze çərşənbə axşamı jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu gün qarşıdan gələn parlament seçkilərinin normal keçirilməsinə aid bir çox vacib məsələlər var. “Ona görə mən bizim opponentlərimizə şəxsi ambisiyaları kənara qoyaraq konkret işlər barədə danışmağı təklif edirəm”,- deyə N. Burcanadze bildirib.
Ötən həftə aclıq edən müxalifətçilərin bir hissəsi N. Burcanadzeni dialoqu qəsdən pozmaqda ittiham edərək onun istefası tələbilə çıxış ediblər.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət