ÇXR XIN-in rəsmi nümayəndəsi Tzyan Yuy Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin ötən bazar günü Sloveniyada keçirilən qeyri-rəsmi iclasda Tibet haqqında məsələni müzakirə etmələri və müvafiq qətnamə qəbul etmələrilə bağlı Çinin “son dərəcə narazı qaldığını” bəyan edib.
"Tibet məsələsi əvvəldən axıradək Çinin daxili işidir. Heç bir xarici dövlət və ya beynəlxalq təşkilatın qarışmağa haqqı yoxdur. Biz Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi iclasda Tibetdəki vəziyyəti müzakirə etdiklərindən və qətnamə qəbul etmələrindən son dərəcə narazıyıq", - deyə diplomatın bazar ertəsi ÇXR XİN-in rəsmi saytında yerləşdirilən bəyanatında bildirilir.
O bildiirb ki, "Əhalinin normal mədəni, dini fəaliyyətini, ictimai asayişi pozan, insan haqlarına ciddi zərbə vuran, əhalinin öz həyatı üçün ciddi təhlükə yaradan Lxasdakı (ÇXR-in Tibet muxtar vilayətinin inzibati mərkəzi- İF) iğtişaş və qarətlər açıq-aşkar cinayətkar hərəkətlər idi".
Tzyan Yuyun sözlərinə görə, "belə şəraitlərdə istənilən dövlət belə kobud cinayətkar əməllərin qarşısını almaq üçün qanuna uyğun tədbirlər həyata keçirir".
"Tibet hakimiyyəti bu hadisələrin araşdırılması prosesində son dərəcə dözümlülük, sosial ədalət nümayiş etdirdi, ictimai asayişi çox tez bərpa etdi ki, bu da milliyyətcə tibetlilər də daxil olmaqla əhali tərəfindən anlaşma və dəstəklə qarşılandı ".
T.Yuy bəyan edib ki, Çin qətiyyətlə tələb edir ki, Aİ və ona daxil olan ölkələr “pis və yaxşını bir-birindən dəqiq ayırsınlar, cinayətkat qarət və iğtişaşları və onların təşkilatçılarını açıq şəkildə mühakimə etsinlər".
O Aİ nazirlərinə müraciət edərək “ikili standartların tətbiq edilməməsini”, “ağı qaradan ayırmağı” tələıb edib, eləcə də martın 14-də Tibetdəki hadisələr zamanı zərər çəkənlərin ailələrinə, beynəlxalq birliyə və “dalay-lama qruplaşmasına” yanlış işarələr verməməyi tələb edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət