MDB-də qanunsuz silah alverində əli olan transmilli cinayətkar qruplar, onların liderləri və iştirakçıları haqqında birgə məlumat bankının yaradılması planlaşdırılır. Bu barədə “İnterfaks”a Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib. "Bu, MDB-də odlu silahların, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanması və dövriyyəsilə mübarizə haqqında sazişdə nəzərdə tutulub. Sənədin layihəsi İcraiyyə Komitəsində ekspert qrupunun üzvləri tərəfindən hazırlanıb". Bu barədə Minskdəki mənzil-qərargahdan məlumat verilib. MDB İK-nin cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq üzrə şöbənin rəisi Anatoli Bekeşenkonun bildirdiyinə görə, yaradılacaq məlumat bankına bütün MDB ölkələrindəki cinayətkar qruplar haqqında məlumatlar daxil olunacaq."Bu silahların və döyüş sursatının qanunsuz dövriyyəsilə bağlı cinayətlər barədə xəbərdarlılq və onların üstünün açılması üzrə işləri asanlaşdıracaq, informasiyanın əldə olunması müddətini əhəmiyyətli dərəcədə azaldacaq", - deyə o əminliyin ifadə edib. A.Bekeşenko onu da bildirib ki, 2007-ci ildə Birliyin ərazisində silahların, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz dövriyyəsilə bağlı 46 mindən artıq cinayət qeydə alınıb.
Saziş layihəsində məlumat bankının yaradılması ilə yanaşı silahların qanunsuz dövriyyəsi, yaranmış vəziyyətin analizi, birgə mübarizə tədbirlərinin və razılaşdırılmış strategiyanın işlənməsi, səlahiyyətli orqanların koordinasiyası və əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi üzrə Birlik ölkələrinin qarşılıqlı fəaliyyəti də nəzərdə tutulub. Məlumatda bildirilir ki, bu layihə razılaşdırılmaq üçün Birlik dövlətlərinə göndəriləcək. Ekspertlərin növbəti görüşü bu ilin iyununda keçiriləcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət