Polis Müsavat Partiyasının Bakı meriyasının binası qarşısında icazəsiz piket keçirmək cəhdinin qarşısını alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri hadisə yerindən məlumat verib.
15 nəfər partiya fəalından ibarət qrup toplaşma azadlığı haqqında qanunun yerinə yetirilməməsinə və müxalifət partiyaları tərəfindən kütləvi aksiyaların keçirilməsinə qadağanın qoyulmasına etiraz olaraq binaya daxil olmağa cəhd göstəriblər. Aksiya iştirakçıları demokratik seçkilərin keçirilməsi barədə şüarlar səsləndiriblər.
Polisin müdaxiləsi nəticəsində 10 nəfər aksiya yerindən uzaqlaşdırılıb.
Səbayel rayon polis şöbəsinin rəis müavini, polkovnik Kamal Vəlişov jurnalistlərə bildirib ki, saxlanılan yoxdur, yalnız bir neçə nəfər hadisə yerindən uzaqlaşdırılıb.
Piket iştirakçılarının yaydıqları qətnamədə hakimiyyətdən toplaşma azadlığı hüququnun təmin olunması, Müsavat Partiyasının mitinqlərin keçirilməsi barədə müraciətinə qanunla qəbul edilmiş qaydada cavab verilməsi, həmçinin aksiyaların keçirilməsi üçün şəraitin yaradılması tələb olunur.
Aksiyanı ATƏT-in Bakı ofisinin nümayəndələri müşahidə ediblər.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət