Azərbaycanlı idmançılar Pekin Olimpiadasının qızıl medalına görə 600 min manat ($750 min) məbləğində pul mükafatı alacaqlar. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Olimpiadada iştirak etmək üçün Pekinə yola düşən azərbaycanlı idmançılarla görüşündə bəyan edib.
«Milli Olimpiya Komitəsi Yay Olimpiya Oyunlarında qızıl medal qazanacaq idmançıya 200 min manat məbləğində pul mükafatı verəcək. Azərbaycan dövləti isə qızıl medal qazanan idmançıya 400 min manat məbləğində pul mükafatı təqdim edəcək», - deyə prezident bildirib. Bununla yanaşı o, bu mükafatların qələbə qazanmaq üçün əsas amil olmadığını vurğulayıb.
«İdmançını qələbəyə aparan əsas amil vətənə sevgi, vətənpərvərlik ruhu və azərbaycançılıq fəlsəfəsidir. Mən sadəcə hesab edirəm ki, idmançıların əməyinin lazımi səviyyədə qiymətləndirilməsi üçün bu mükafatın məbləği məqsədəuyğundur», - deyə dövlət başçısı bildirib.
2004-cü ildə keçirilən Afina Olimpiadasında qızıl medal qazanan idmançılar $100 min alıblar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət