İraq Rusiya şirkətlərini ölkənin elektrik enerjisi infrastrukturunu bərpa etməyə dəvət edib. Bu barədə İraqın energetika naziri Kərim Vahid Moskvada çərşənbə günü mətbuat konfransında bəyan edib.
İraq 10 il ərzində elektrik enerjisi sahəsində 7 layihəni reallaşdırmağı planlaşdırır. “Onlar 100-300 MVt-luq elektrik stansiyasının inşasını və ildə $3-4 mlrd. məbləğində investisiyanı nəzərdə tutur”- deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda artıq xidmət müqavilələri üzrə lisenziyaların təklifinə dair birinci mərhələ başa çatıb, gələn ilin mart və sentyabr aylarında isə müvafiq olaraq ikinci və üçüncü mərhələ keçiriləcək. Bu zaman İraqın energetika naziri qeyd edib ki, şirkətlərin seçimi zamanı tender komissiyası siyasi aspektləri əldə rəhbər tutmayacaq və heç bir ölkəyə hansısa üstünlük verilməyəcək.
K.Vahid RF və İraqın energetika nazirliklərinin nümayəndələrindən ibarət birgə işçi qrupun yaradılması barədə məlumat verib.Tərəflərin növbəti görüşü oktyabrda keçiriləcək.
İraqla həmçinin gücü 400 MVt olan “Xarta” İES inşasının şərtlərini müzakirə edən, eləcə də “Yusifiyyə” İES-in bir neçə enerji blokunu inşa edən “Texnopromeksport” da əməkdaşlıq edir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət