Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkələrin “Rubej-2008” birgə komanda-qərargah təlimlərinə cümə günü Ermənistanda başlanılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Seyran Şahsuvaryanın “İnterfaks”a verdiyi məlumata görə, təıimlərdə müşahidəçi kimi ABŞ, Böyük Britaniya, Çin, İran, Yunanıstan və Bolqarıstanın hərbi attaşeləri iştirak edirlər. Müşahidəçilər arasında Gürcüstanın hərbi attaşesi yoxdur.
Təlıimlərdə Ermənistanın 1392, Rusiyanın isə 1106 hərbi qulluqçusu iştirak edir. Təlimlərdə zirehli texnikadan, RƏM sistemlərindən, aviasiyadan, eləcə də MiQ-29, Su-25 təyyarələrindən, Mi-24 və Mi-8 vertolyotlarından istifadə olunacaq.
KTMT ölkərinin nümayəndə heyətləri təşkilatın “Rubej-2008” birgə komanda-qərargah təlimlərinin aktiv fazasını İrəvandan 40 km qərbdə yerləşən, Baqramyan adına poliqonda müşahidə edəcəklər.
Təlimlərin gedişində Ermənistana qarşı təcavüz həyata keçirilən zaman bu ölkəyə hərbi və hərbi-texniki yardım göstərilməsi məşq ediləcək.
KTMT nümayəndəsinin sözlərinə görə, təlimlərin ideyası şərti xarakter daşısa da, o, regionda yaranan hərbi-siyasi və hərbi-strateji vəziyyəti nəzərə alır.
KTMT-ya Rusiya, Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət