"Krasnoe Sormovo zavodu" (Н Nijni Novqorod, “Dəniz və neft-qaz layihələri” şirkətləri qrupuna daxildir, DNL) Xəzər Dəniz Gəmiçiliyi (KASPAR) ilə bağlanan müqaviləyə əsasən 19619 layihəsindən altıncı tankerin tikintisini başa çatdırıb. Bu barədə Dəniz və neft-qaz layihələrinin (DNL) məlumatında bildirilir.
Zavod ötən şənbə gəmini suya buraxıb. Tankerə “Zəngəzur” adı verilib.
19619 layihəsindən olan tanker “çay-dəniz” sinfinə malikdir. O, 12 yük tankı və 1 durulducu tanka, eləcə də ikiqat göyərtə və ikiqat dibli ballast aralığa malikdir. Gəminin uzunluğu 10,5 metr, su basımı 13 min tondan artıqdır. Bu, onun Xəzərdə liman terminallarının yenidən təchiz edilmədən istismarına imkan verir.
"Bu layihədən olan tankerlərin korpusunun konstruksiyası və idarə olunması demək olar ki, onların qəzasız istismarına tam zəmanət verir", - deyə məlumarda DNL qrupunun baş direktoru Vadim Malovun dediklərinə istinad edilir.
Gəmi xam neft və neft məhsullarının daşınması, bir neçə növdən olan neft məhsillarının eyni vaxtda daşınmasının mümkünlüyü üçün nəzərdə tutulub.
KASPAR-la 19619 layihəsindən ilk beş tankerin alınmasına dair müqavilə 2002-ci ildə imzalanıb, 2006-cı ildə onlar sifarişçiyə verilib. Altıncı tankerin inşası üzrə müqavilə 2008-ci ilin yanvarında imzalanıb. Müqavilənin icra müddəti 2008-ci ilin oktyabrıdır. Yeddinci tankerin inşası üzrə müqavilə cari ilin iyununda imzalanıb. Onun icra müddəti 2009-cu ilin sonlarıdır.
DNL qrupu gəmiqayırma və dəniz qazma platformalarının injinirinqi sahəsində layihələrin idarə olunmasını həyata keçirir. Qrupa " Krasnoe Sormovo", "Sormovskoe maşinostroenie" (hər ikisi Nijniy Novqoroddadır), Volqoqrad gəmiqayırma zavodu, Volqoqrad xüsusi maşınqayırma zavodu, eləcə də Friede & Goldman (ABŞ) daxildir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət