İctimaiyyət arasında aparılan sonuncu ümummilli sorğuya əsasən Demokratlar Partiyasından Amerika prezidentliyinə namizəd Barak Obama Pespublikaçılar Partiyasından olan rəqibi Con Makkeyndən 9% qabaqdadır. Sorğunun nəticələri çərşənbə günü açıqlanıb.
Bu demokrat senator üçün “Nyu-York tayms” qəzeti və CBS telekanalının sifarişi ilə sosioloqların keçirdikləri sorğular arasında hələlik ən yaxşı nəticədir. Hazırda iddiaçıların peytinqi B. Obamanın lehinə 49%, Con Makkeynin lehinə 40% təşkil edir.
“Nyu-York tayms” sorğu ilə bağlı şərhində bildirir ki, respublikaçıların əleyhinə olan nəticələrə, ilk növbədə, Amerika iqtisadiyyatının ağır vəziyyəti təsir edib. Seçicilər buna görə Corc Buşun respublikaçılardan ibarət administrasiyasını günahlandırırlar.
"İndi 10 amerikalıdan doqquzu iqtisadiyyatın çox pis vəziyyətdə olduğunu deyir. Bu, “Nyu-York tayms” qəzeti ilə CBS telekanalının seçicilərə bu sualla müaricət etdikləri 1986-cı ilin sentyabrından qeydə alınan ən təsirli nəticədir”,- deyə qəzet yazır.
Telekanal tərəfindən administrasiyaya münasibətlə bağlı ayrılıqda aparılan sorğu göstərib ki, hazırda prezident Buşun bəyənilmə reytinqi cəmi 22% təşkil edir. Bu rekord dərəcədə aşağı göstərici, 1952-ci ildə ABŞ Koreya ilə müharibə apardığı və iqtisadiyyatın acınacaqlı vəziyyətdə olduğu zaman prezident Harri Trumenin reytinqinə yaxın göstəricidir.
B. Obama ilə C. Makkeyn arasında fərqin artdığını bilən müşahidəçilər buna baxmayaraq hesab edirlər ki, 4 noyabr seçkilərinin nəticələri heç də həll olunmayıb.
"İddiaçıların mübarizəsi Uoll-stritdə nə baş verə biləcəyi, eləcə də administrasiya tərəfindən təklif olunan iqtisadiyyatın xilası planı üzrə Konqresin hansı qərar verəcəyi ilə bağlı saxlanılan qeyri-müəyyənlik fonunda gedir”,- deyə “Nyu-York tayms” qəzeti yazır.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət