BP-Azerbaijan şirkəti “Qərbi Azəri” platformasından neft hasilatını bərpa edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
Xəbər verildiyi kimi, 2008-ci il sentyabrın 17-də “Azəri” yatağının mərkəzi hissəsində (“Mərkəzi Azəri”) yerləşən platformadan neft hasilatı ehtiyat tədbiri kimi dayandırılıb. Belə ki, platformanın yaxınlığında suda qaz sızması qeydə alınıb. “Mərkəzi Azəri” platformasında işin dayandırılması ilə əlaqədar olaraq daha sonra “Qərbi Azəri” platformasında da neft hasilatı dayandırılıb. Belə ki, o, “Mərkəzi Azəri” platforması ilə kommunikasiyalar vasitəsilə bağlıdır. Bu iki platforma dayandırıldığı üçün “Azəri-Çıraq-Günəşli” yataqlarından ümumi hasilat 50% azalıb.
"Dünən “Qərbi Azəri” platformasından neft hasilatına başlanılıb. Tədricən hasilatın həcmi artırılacaq. Hazırda AÇG blokunda “Çıraq”, “Qərbi Azəri”, “Şərqi Azəri” və “Dərinsulu Günəşli” platformalarından neft hasil olunur. “Mərkəzi Azəri” platformasına gəlincə, onun yaxınlığında suda qazın əmələ gəlmə səbəblərinin aydınlaşdırılması üzrə araşdırmalar davam edir. Ümumilikdə, bu platformanın işinin bərpası üçün qaz sızmasının müəyyən edilməsi və aradan qaldırılmasına yönələn bütün zəruri tədbirlər görülür”,- deyə T. Bayatlı bildirib.
Xəbər verildiyi kimi, SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə “Qərbi Azəri” platformasında neft hasilatının cari həftənin sonunadək bərpa olunacağını bildirib. “Bu platforma bütün kommunikasiyaları ilə “Mərkəzi Azəri” platformasıyla bağlıdır. Orada generator və digər kommunikasiyalar olub. İndi artıq bütün kommunikasiyalar bərpa edilib. Cari həftənin axırı üçün bu platforma (“Qərbi Azəri” - İF) işə düşəcək", - deyə X. Yusifzadə bildirib.
“Mərkəzi Azəri” platformasının yaxınlığında qaz əmələ gəlməsinin səbəblərinə toxunan X. Yusifzadə qeyd edib ki, buna səbəb layların yerlərini dəyişməsi və ya ayrı-ayrı quyular, əsasən də 17 №-li quyu ilə bağlı problemlər ola bilər Onun sözlərinə görə, vəziyyətdən çıxış yollarından biri qazın ayrıca xətlə platformadan başqa əraziyə çəkilməsi ola bilər. Bundan sonra hasilatın bərpası mümkün olacaq “Azəri-Çıraq” yataqlarının və “Günəşli” yatağının dərin sulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Hazırda layihənin iştirakçıları Böyük Britaniyanın BP (34,1367% - operator), Amerikanın Chevron (10,2814%), ExxonMobil (8,0006%), Devon Energy (5,6262%) və Amerada Hess (2,7213%) şirkətləri, SOCAR (10%), Yaponiyanın Inрex Corр. (10%) və ITOCHU Oil (3,9205%) Norveçin Statoil (8,5633%) və Türkiyənin TPAO (6,75%) şirkətlərdir.
Yataqlarda hasilat 5 platformada aparılır. Onlardan 3-ü Azəri yatağında, 2-si isə Çıraq və Günəşli yataqlarında yerləşir. BP-Azerbaijan şirkəti 2008-ci ildə bütün platformalardan il ərzində sutkada orta hesabla 840 000 barel neft (ildə 42 mln. ton) hasil etməyi planlaşdırır. Bunun təxminən 134 min bareli “Çıraq”, 243,5 min bareli “Mərkəzi Azəri”, 235,3 min bareli “Qərbi Azəri”, 144,4 min bareli “Şərqi Azəri” və 82,8 min bareli “Dərinsulu Günəşli” platformasının payına düşəcək.
2008-ci ilin I rübünə olan məlumata görə, “Mərkəzi Azəri” platformasından sutkalıq hasilat 305 min barel, “Qərbi Azəri” platformasından 235 min barel təşkil edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət