Martın 1-də İrəvanda erməni müxalifətinin nümayəndələri ilə toquşmalarda polisin tərkibində bir snayper olub. Bu barədə Ermənistanın baş prokuroru Aqvan Ovsepyan AŞ-nin insah haqları üzrə ali nümayəndəsi Tomas Hammerberqlə görüşündə bildirib.
"İstintaq aşkar edib ki, polis qoşunlarıının tərkibində bir snayper olub. Ekspetizaların nəticələrinə görə, həlak olanların cəsədlərindən çıxarılan güllələrdən heç biri snayper tüfəngindən atılmayıb", - deyə A.Ovsepyan bəyan edib.
Eremənistan Baş prokurorluğunun mətbuat xidmətindən “İnterfaks”a verilən məlumata görə, T.Hammerberqin xahişi ilə A.Ovsepyan martın 1-də polisin hərəkətlərinin qanuna uyğun olub-olmamasının araşdırılmasına dair aparılan istintaq işlərini təqdim edib. Baş prokurorun sözlərinə görə, iş çərçivəsində 500-ə yaxın polis və daxili qoşunların hərbi qulluqçusu dindirilib, bir sıra sənədlər, silahlar və xüsusi vasitələr, eləcə də həlak olanların paltarları və onların cəsədlərindən çıxarılan predmetlər müsadirə olunaraq ekspertizaya göndərilib. A.Ovsepyan həmçinin qeyd edib ki, Ermənistanda qüvvədə olan ekspertizanın aparılması metodologiyası qarışıqlıqlar zamanı polisin tətbiq etdiyi xüsusi vasitələrin tanınmasını həyata keçirməyə imkan vermir və beynəlxalq ekspertlərin yardımı aktual məsələ olaraq qalmaqdadır. Bu barədə mətbuat xidmətindən məlumat verilib.
T.Hammerberq istintaq qrupunun işinə fayda verə biləcək Böyük Britaniya ekspertlərilə əlaqələrin yaradacağını vəd edib. Baş prokuror noyabrın 21-nə olan vəziyyətə görə günahlandırılan 7 nəfər ilkin həbsdə saxlanıldığı barədə məlumat verib.
Fevralın 19-da keçirilən seçkilərdən sonra Ermənistan müxalifəti eks-prezident Levon Ter-Petrosyanın başçılığı altında seçkilərin yekunlarını tanımayaraq iri miqyaslı etiraz aksiyaları təşkil ediblər. Martın 1-də polislə müxalifətçilər arasında baş verən toqquşma nəticəsində 10 nəfər həlak olub 250-dən artıq adam xəsarət alıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət