Xaricdə yaşayan həmvətənlərə göstərilən dəstək digər dövlətlərin daxil işlərinə qarışmaq kimi qiymətləndirilə biləcək hər hansı hərəkətə səbəb olmayacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada keçirilmiş mətbuat konfransında bəyan edib.
"Həmvətənlərə dəstək üzrə proqram reallaşarkən həmin həmvətənlərin yaşadıqları dövlətlərin işlərinə qarışmaq kimi qəbul oluna biləcək hər hansı hərəkət və ya qərar olmayacaq", - deyə rusiyalı nazir bildirib. Onun sözlərinə görə, bu, hazırda müzakirə edilən “həmvətənin kartı”na da aiddir. "Mən indi həmvətənin şəxsiyyət vəsiqəsi haqqında qərarın necə həll olunacağını deyə bilmərəm. Çünki bu məsələ ilə bağlı müzakirələr davam edir", - deyə S. Lavrov bildirib. O qeyd edib ki, Rusiya xaricdə mövcud olan təcrübədən xəbərdardır. "Polşalı kartı var. Səhv etmirəmsə, bizim ukraynalı həmkarlarımız öz həmvətənləri haqqında hansısa sənəd üzərində düşünürlər".
Bu arada S. Lavrov əmindir ki, adı çəkilən məsələdə insanın həmvətənlərin bu və ya digər qrupuna aid olmaq istəyi ilə onun gətirəcəyi nəticələr arasında balans tapmaq lazımdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət