“Cənub axını” layihəsinin reallaşdırılması perspektivləri, eləcə də ilin əvvəlində Rusiya qazının Bolqarıstana çatdırılmaması ilə bağlı məsələ Bolqarıstan prezidenti Georgi Pırvanovun bu həftə Moskvada aparacağı danışıqların diqqət mərkəzində olacaq.
"Bəli, əlbəttə, bu müzakirə olunacaq. Bilmirəm, bu kompensasiya adlandırılacaqmı, lakin mütləq ona toxunulacaq ", - deyə Bolqarıstanın Rusiyadakı səfiri Plamen Qrozdanov Moskvada mətbuat konfransında bildirib. O bunü Sofiyanın “Qazprom”dan yanvarın əvvəlində tam çatdırılmayan qaza görə kompensasiya tələb edib- etməyəcəyinə dair sualı cavablandırarkən söyləyib.
O bildirib ki, "energetika problemi danışıqların diqqət mərkəzində olacaq". "Bizim Rusiya ilə “Cənub axını”, “Burqas Aleksandrupolis” kimi mühüm uzunmüddətli layihələrimiz var. “Cənub axını” layihəsinin mümkün qədər tez reallaşdırılmasını istərdik", - deyə səfir qeyd edib. Onun sözlərinə görə, danışıqların gedişində “Qazprom”la “Bolqarqaz” arasında müqavilə bazası da müzakirə olunacaq."Biz adamların donduğu, istilik sisteminin işləməməsi üzündən məktəblərin işləmədiyi bu cür vəziyyətin bir daha təkrarlanmaması üçün hər şeyi etməliyik", - deyə P.Qrozdanov bildirib.O qeyd edib ki, öz növbəsində Bolqarıstan qaza görə etibarlı ödəyicidir və hətta bəzən avans da ödəyir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət