Dağlıq Qarabağa bitişik bölgələrdə xüsusi iqtisadi zonaların yaradılması təhlükəlidir. Bu barədə millət vəkili Əli Məsimli bəyan edib.
“Hazırki şəraitdə Qarabağa bitişik bölgələrdə xüsusi iqtisadi zonaların yaradılmasına razılıq vermək olmaq”, - deyə Ə. Məsimli iqtisadi siyasət üzrə parlament komissiyasının iclasında bildirib. İclasda “Xüsusi iqtisadi zonalar haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.
Ə. Məsimli bununla əlaqədar olaraq “həmin qanun layihəsini qəbul etməyə tələsməməyi” vacib hesab edib. “Hazırki vəziyyətdə xüsusi iqtisadi zonaların Bakı və onun ətrafında, Abşeron yarımadasında yaradılmasına razılıq vermək olar”,- deyə o bildirib.
İqtisadi siyasət üzrə parlament komissiyasının sədri Ziyad Səmədzadənin verdiyi məlumata görə, deputatların təklif və rəyləri əsasında qanun layihəsinə 61 əlavə və dəyişiklik edilib. Onun sözlərinə görə, İcra Hakimiyyətinin, həmçinin İqtisadi İnkişaf Nazirliyinin müvafiq orqanlarının nümayəndələri ilə qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. “Azərbaycan dünya iqtisadi böhranının yaratdığı problemlərdən qaçmaq üçün müəyyən addımlar atır, həmçinin milli maraqlarımızın müdafiəsi üçün mühüm qərarlar həyata keçirir”,- deyə S. Ziyadzadə bəyan edib. Onun sözlərinə görə, adı çəkilən layihəni bu yaxınlarda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri ilə müzakirə edib. “Görüşdə müzakirə etdiyimiz məsələlərin bir hissəsi qanun layihəsində nəzərə alınıb”,- deyə Z. Səmədzadə bildirib. O, “xüsusi iqtisadi zonalar”anlayışını “azad iqtisadi zonalar” anlayışı ilə səhv salmamağı vacib hesab edib.
Komissiyanın üzvü Rüfət Quliyev öz növbəsində bildirib ki, Azərbaycanla qonşu ölkələrdə, əsasən də Rusiya, Gürcüstan, Belarusda artıq xüsusi iqtisadi zonalar yaradılıb və həmin zonalar bu ölkələrin inkişafına böyük təsir göstərib.
“Bununla əlaqədar olaraq Azərbaycanda da xüsusi iqtisadi zonaların yaradılması və onun hüquqi bazasının formalaşdırılması çox vacibdir”,- deyə R. Quliyev bildirib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət