Dünya maliyyə sisteminin əsas institutları qlobal böhranın zəruri etdiyi dərin struktur dəyişikliklərə hələlik hazır deyillər. Bu barədə RF maliyyə nazirinin müavini Sergey Storçak bəyan edib.
"2009-cu il aprelin 2-də (G20 sammitinin keçirləcəyi tarix) dünya maliyyə sisteminin sadəcə fasadının dəyişiləcəyini desəm yanılmayacağımdan əminəm. İnstitutlar dərin yenidənqurmaya hazır deyillər. Çünki heç kim onu hansı istiqamətdə aparmaq lazım olduğunu bilmir”,- deyə S. Storçak cümə günü “Vedomosti” qəzetində dərc olunan məqaləsində ehtimal edib.
Hazırda uzun müddətli məzuniyyətdə olan məmur öz məqaləsini nazir müavini kimi deyil, beynəlxalq iqtisadçı kimi imzalayıb.
Onun fikrincə, "prinsipcə, hökumət üzvləri, həmçinin hakimiyyətdə olan digər şəxslər sistemli qərar qəbul etməkdə məhdudlaşdırılıblar”. “Onlar kütləvi informasiya vasitələrində vahimə ilə şərh edilən hadisələrdən oddan qorxan kimi qorxurlar”,- deyə S. Storçak bildirib.
Nazir müavini ehtimal edir ki, aparıcı dövlətlərin (G7, G20) qeyri-formal “klubları” əslində dünya antiböhran qərargahının funksiyalarını öz üzərinə götürə bilmir. İctimaiyyət və bazarlar isə hazırda onlardan qlobal həllər gözləyir.
"Vladimir Mau (RF hökuməti nəzdində Xalq Təsərrüfatı Akademiyasının rektoru - İF) “20-lər qrupu”ndan dünya siyasəti amili kimi danışır. Əfsus ki, bu heç də belə deyil ", - deyə S.Storçak yazır.
"İyirmilər" – maraqlar üzrə klubdur. Bizim vəziyyətimizdə (maliyyə sistemində islahatların aparılması) bu, maliyyə nazirləri ilə inkişaf səviyyəsi, mentaliteti və qərar qəbul etmək mədəniyyətinə görə tam fərqli və zəruriyyətlə əlaqədar qarşılıqlı fəaliyyət göstərməyə və bütün institutlar üçün eyni alətlərdən və dünya maliyyə sisteminin “bel sütununu” formalaşdıran qaydalardan istifadə etməyə vadar olan ölkələrin mərkəzi banklarını idarə edənləri birləşdirən klubdur. Lakin sistemdə islahatların aparılmasına təsir etmək iqtidarında olan bilən qərarlar başqa yerdə qəbul olunur", - deyə məqalənin müəllifi fərz edir.
Onun fikrincə, DMS-də islahatların aparılması istiqamətində real hərəkət yalnız dünyanın aparıcı iqtisadiyyatlarının özəl sektorunun maliyyə-iqtisadi maraqlarını müəyyən edən institutların fəal mövqeyi olduqda mümkün olacaq. "Lakin beynəlxalq maliyyə münasibətlərinin ən fəal iştirakçılarının, yəni korporasiyaların birləşmiş mövqeyi hələlik müşahidə olunmur", - deyə S.Storçak yazır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət