Tehran bir atom bombası yaratmaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Bu barədə Britaniyanın “Deyli teleqraf” qəzeti MAQATE-nin cümə günü dərc olunmuş məruzəsinə istinadən yazır.
Məlumatda bidirilir ki, bu, MAQATE-nin Barak Obamanın ABŞ prezidenti vəzifəsinin icrasına başladığı andan İranın nüvə potensialına verdiyi ilk rəsmi qiymətdir. Agentliyin məlumatında bildirilir ki, beynəlxalq müfəttişlər islam respublikası rəhbərliyini bilərəkdən onlarda olan uranın miqdarı barədə məlumatları təxminən üçdə birə qədər azaltmaqda günahlandırırılar.
MAQATE ekspertləri qeyd ediblər ki, beləliklə, Tehran hazırda təxminən bir ton urana malikdir ki, bundan da gələcəkdə zənginləşdirmə zamanı atom silahının yaradılması üçün istifadə oluna bilər.Agentliyin mütəxəssisləri habelə bəyan edirlər ki, hazırda İran uranın zənginləşdirilməsi üçün demək olar dörd min sentrifuqa malikdirlər. 2008-ci ilin noyabrı ilə müqayisədə onların miqdarı cəmi 136 ədəd artıb. Bu da beynəlxalq birliyə Tehranın ABŞ-ın İran siyasətində dəyişikliklər edəcəyini vəd edən Amerikanın yeni prezidentini öz sözündən dönməyə təhrik etməmək üçün nüvə proqramının işlənməsi tempini ləngitməsinə ümid etməyə əsas verir.
Eyni zamanda, məruzədə İran hökumətinin beynəlxalq ekspertləri Arakdakı “ağır su” istehsalı üzrə zavoda daxil olmasına imkan verməməsilə bağlı qərarına mənfi qiymət verilir. Qərbin fikrincə, orada plutoniumun alınması üzrə işlər aparılır. Dəqc olunan məruzə çox güman ki, İsraildə yeni narahatlıq dalğasına səbəb olacaq, eləcə də B.Obamanın İranla bağlı siyasətini tənqid edənlərə yeni dəlillər verəcək.
Bundan əvvəl xəbər verilmişdi ki, MAQATE rəhbəri Məhəmməd əl - Baradey də məruzə dərc edilməzdən əvvəl İran rəhbərliyinin agentliyin ekspertləri ilə əməkdaşlıq səviyyəsini kəskin təndiq edib. “Hazırda İran hərbi sahəyə aid ola biləcək araşdırmaların aparılmasına imkan yaratmır və ya izahat vermir. Yox, mən əməkdaşlığın səviyyəsindən razı deyiləm. Çünki elə məsələlər var ki, onlar (iranlılar - İF) həmin məsələlərdə bizimlə qarşılıqlı fəaliyyət göstərməlidirlər”,- deyə o bildirib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət