Dünya Bankı (DB) Ermənistan hökumətini proteksionizm siyasətindən əl çəkməyə çağırır. Bu barədə DB-nin İrəvan ofisinin direktoru Aristomene Varudakis (Aristomene Varoudakis) çərşənbə günü İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda ölkə hökuməti yerli istehsalçılara dəstək məqsədilə hazır idxal məhsullarına gömrük rüsumlarının artırılması təşəbbüsü ilə çıxış edib. A.Varudakis əlavə edib ki, Ermənistan hökuməti baş nazirin yanında operativ qərargah yaradıb və bu qərargah dövlət trəfindən kreditləşdirilmə, dövlət zəmanətlərinin və özəl biznesə subsidiyaların verilməsi layihələrini nəzərdən keçirir.
Gömrük dərəcələrinin təklif olunan artırılmasından söz açan direktor qeyd edib ki, Ermənistanın daxili bazarında idxalla yerli istehsal malları arasında rəqabət çox cüzidir. Eyni zamanda idxal məhsulun gömrük rüsum dərəclərinin artırılması qiymətlərin bahalaşmasına səbəb olacaq ki, bu da onun fikrincə, ilk növbədə əhalinin yoxsul təbəqəsinə təsir göstərəcək və hökumət yoxsullara necə kömək etmək barədə düşünməli və kompensasiya verməli olacaq.
Dövlət kreditləşdirilməsinə gəlincə, A.Varudakis deyib: "DB biznesə birbaşa yardım göstərilməsinə tam şübhə ilə yanaşır. Bu, biznesdəki əsas problemləri həll etmir".
O vurğulayıb ki, müəssisələr problemlərlə üzləşir. Çünki onların məhsullarına tələbat azalır, hökumət isə biznesin rəqabət qabiliyyətini süni şəkildə artırmağa çalışır. "Əgər hökumət çətinlik çəkən bütün müəssisələrə kömək edərsə, bu, dövlət büdcəsinə təzyiqi son dərəcə artıracaq. Belə müəssisələrin sayı isə böhran şəraitində artacaq", - deyə DB-nin nümayəndəsi qeyd edib.
O əlavə edib ki, bir çox ölkələr, hətta yüksək inkişaf etmiş ölkələr proteksionizm siyasəti yürütsə də, DB rəhbərliyi hesab edir ki, əslində proteksionizm tədbirləri dünya iqtisadiyyatının bərpası prosesini ləngidir.
Ermənistan hökuməti artıq bir sıra müəssisələrə dövlət kreditləri və dövlət zəmantələri verib. 10 mln. dollar məbləğində ən iri dövlət krediti Zəngəzur mis-molibden kombinatına verilib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət