Azərbaycan banklarının aktivləri 2003-2008-ci illərdə 10,1 dəfə artaraq 2009-cu il yanvarın 1-də 10 mlrd. 274 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Bankından (AMB) məlumat verilib.
AMB-nin məlumatına görə, bank sistemində aparılan islahatlar bank sisteminin aktivlərinin 2008-ci ildə qeyri-neft sektorunda ÜDM-in 69,6% səviyyəsinə kimi artırılmasına imkan verib.
2003-2008-ci illərdə bankların məcmu kapitalı 12,5 dəfə artaraq 1 mlrd. 491,7 mln. manat, real sektorun kreditləşməsinin həcmi 11,7 dəfə artaraq 6 mlrd. 988,4 mln. manat, qarşılıqlı borclar 19,1 dəfə artaraq 2 mlrd. 74,2 mln. manat təşkil edib.
AMB-nin məlumatına görə, həmin dövrdə əhalinin banklardakı əmanətləri 7,5 dəfə artaraq 1 mlrd. 903,7 mln. manat, o cümlədən müddətli əmanətlər 7 dəfə artaraq 1 mlrd. 437,3 mln. manat təşkil edib.
2009-cu il yanvarın 1-i üçün bankların likvid aktivləri 2 mlrd. 230,2 mln. manat təşkil edib ki, bu da 2003-cü ilin göstəricisindən 6,1 dəfə çoxdur.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət