Tehran Haaqada Əfqanıstanla bağlı konfransda ABŞ və İran nümayəndələri arasında “səmimi görüş”ün keçirilməsi və “danışıqlar”ın aparılması barədə məlumatı təkzib edir. Bu barədə İranın ingilis dilli “Press-TV” kanalı çərşənbə günü məlumat verib.
"ABŞ və İran arasında danışıqlar gündəlikdə olmadığı üçün Amerika nümayəndəsi ilə heç bir danışıqlar olmayıb", - deyə “Press-TV” Haaqa danışıqlarında İran nümayəndə heyətinin yaydığı bəyanatın mətnini verir.
İran xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axundzadənin sözlərinə görə, "İran belə görüşlərə qarşı deyil. Lakin konfrans bizim ziddiyyətlərimizin aradan qaldırılmasına deyil, Əfqanıstanın problemlərinə həsr olunub".
Dünən ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Amerika və İranın rəsmi nümayəndələri Haaqada Əfqanıstana dair beynəlxalq konfransın “meydanında” birbaşa görüş keçiriblər.
"Konfransda bizim Əfqanıstan üzrə xüsusi nümayəndəmiz Riçard Holbruk İran nümayəndə heyətinin rəhbəri (İran XİN başçısının müavini Məhəmməd Mehdi Axundzadə - İF) ilə qısa və səmimi görüş keçirib", - deyə o, mətbuat konfransına jurnalistlərə məlumat verib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət