Litva prezidenti Valdas Adamkus yerli KİV-də onun SSRİ DTK-ı ilə əlaqələrinin mümkünlüyü barədə məlumatların təkzibi ilə çıxış edib.
"Bəzən ictimai məkanda guya mənim SSRİ-nin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməyımlə bağlı şübhə toxumu səpməyə çalışırlar. Əhvalatın bütün müəlliflərinə cavab verirəm: bu heç vaxt olmayıb. Bu yalan və böhtandır. Bu sizin vicdanınızın sayıqlamasıdır", - deyə prezidentin bazar ertəsi dərc olunmuş bəyanatında bildirilir. Bu barədə BNS agentliyi yazır.
Bazar ertəsi “Lietuvos zinios” qəzeti baş redaktor Valdas Vasilyauskasın “Valdas Adamkus və DTK” adlı məqalələr silsiləsini dərc edib.
V. Vasilyauskas yenidənqurma dövründə özünün ABŞ-a səfəri və ABŞ-da keçmiş Litva icmasının ən tanınmış nümayəndəsi olan Valdas Adamkusla tanışlığı barədə təəssüratlarını bölüşür.
Məqalə müəllifi yazır ki, 1988-ci ildə Litvanın gələcək prezidenti ilə onu DTK mayoru tanış edib və “aydın görünürdü ki, bu, DTK mayoru və V.Adamkusun ilk görüşü deyil”.
Bundan başqa, o sübut etməyə çalışır ki, "V.Adamkusun belə və həm də təkcə Litvadan olmayan tanışları çox olub”.
Yeri gəlmişkən, Litva prezidenti öz bəyanatında onun uzun illər ərzində izləndiyini, DTK-nin isə onu güddüyünü iddia edir.
"Mən bilirəm ki, SSRİ-də və ya sovet Litvasında olarkən ABŞ federal xidmətini əməkdaşı işlədiyim vaxtlar DTK-nın hədəfinə çevrilmişdim, onlar mənim hər addımımı izləyirdilər. Bilirəm ki, məni güdənlər arasında Çikaqodakı evimdə qəbul etdiyim kəslər də var idi", - deyə V.Adamkus qeyd edir.
"Mən ABŞ-ın loyal vətəndaşı idim. Bu ölkə mənə sığınacaq və şərait, həyatı yenidən başlamaq üçün federal administrasiyada yüksək vəzifə vermişdi. Eyni zamanda mən əsl vətəni işğal olunmuş litvalı idim", -deyə o qeyd edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət