Aprel ayında İranda ABŞ-ın xeyrinə casusluğa görə ittiham olunaraq 8 il azadlıqdan məhrum edilən Roksana Sabiri aclığı dayandırıb. Bu barədə çərşənbə günü Britaniyanın BBC teleradio şirkəti jurnalistin atası Rza Sabiriyə istinadən məlumat yayıb.
R.Sabiri aprelin 21-də casusluqda ittiham olunması ilə bağlı ədalətsiz mühakiməyə görə aclığa başlayıb. Ötən bazar günü axşamdan etibarən o yenidən yeməyə başlayıb. BBC xəbər verir ki, jurnalistin vəkilinin sözlərinə görə, apellyasiya məhkəməsi onun işinə mayın 12-də baxacaq. O əlavə edib ki, məhkəmənin qərarı ya həmin gün, ya da bir həftə ərzində elan olunacaq.
Çərşənbə günü onun atası Qərb KİV-ə telefonla qızının aclığı dayandırması barədə məlumat verib. "Biz xoşbəxtik və onun aclığı dayandırdığına görə böyük yüngüllük hiss edirik", - deyə BBC R.Sabirinin dediklərindən sitat gətirir.
Bu ərəfədə ABŞ DD-nin rəsmi nümayəndəsi Robert Vud bəyan edib ki, ABŞ jurnalistin aclıq elan etməsi və onun səhhətilə bağlı xəbərlərdən narahatlıq keçirir.
Bununla yanaşı, İran prokurorluğunun nümayəndəsi Tehranda mətbuat konfransında bəyan edib ki, prokuror müavini iki gün əvvəl R.Sabirinin vəziyyətilə maraqlanıb və onun məlumatına görə “o, tamamilə sağlamdır və aclıq aparmır”, - deyə BBC xəbər verir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət