İyulun 5-də Çinin Sinszyan-Uyğur muxtar rayonunda (SUR) baş vermiş hadisələr zamanı cinayət törədənlərin hamısı şəxsiyyətindən asılı olmayaraq ciddi cəzalandırılacaq. Bu barədə SUR Kommunist Partiyası komitəsinin katibi Li Çji bəyan edib.
“Qanun qarşısında hamı bərabərdir. Həmin şəxsin kim olması vacib deyil. Əgər o, cinayət törədibsə, qiyam və iğtişaşlarda iştirak edibsə, onu ciddi cəza gözləyir”,-deyə L.Çji çərşənbə günü axşam Urumçidə mətbuat konfransında bildirib.
Eyni zamanda o deyib ki, hadisələrdə iştirak edən, lakin cinayət törətməyənlərin “taleyinin sınmaması” üçün onları “tərbiyə” gözləyir.
L.Çji deyib:”İyulun 5-də baş vermiş iğtişaşların milli və ya dini kökləri yoxdur. Bu, ölkə daxilində və xaricdən Rabiya Kadirin rəhbərlik etdiyi Ümumdünya Uyğur Konqresinin başçılığı ilə üç qüvvə (terrorizm, separatizm və ekstremizm) tərəfindən həyata keçirilən terror aksiyasıdır.
Yerli KİV-in hadisə yerindən verdiyi məlumata görə, hazırda Urumçinin partiya və dövlət orqanlarının rəhbərləri “sabitliyin təminatı və asayişin bərpası” məqsədilə şəhər küçələrində, müəssisə və evlərdə əhali arasında izahedici iş aparırlar.
ÇXR sədri Xu Tszintao Sinszyanda vəziyyətlə əlaqədar Avropaya səfərini dayandıraraq çərşənbə günü Pekinə qayıdıb. Lakin hələlik ölkənin yüksək vəzifəli rəhbərlərindən heç kim 5 iyul hadisələri ilə bağlı fikrini bildirməyib. KP MK-nın və ÇXR Dövlət Şurasının tapşırığı ilə Dövlət Şurasının üzvü, ÇXR ictimai təhlükəsizlik naziri Men Tszyançju Urumçidədir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət