Gürcüstan Rusiya ilə münasibətləri yaxşılaşdırmağa çalışır, ancaq Moskvanın siyasəti ikitərəfli münasibətlərin pisləşməsinə səbəb olur. Bu barədə Gürcüstanın baş nazirinin müavini Georgi Baramidze Vaşinqtonda bəyan edib.
"Rusiya atəşkəs rejiminə dair sazişləri pozmaqda, Gürcüstan ərazisinin büyk hissəsini tutmaqda və etnik təmizləmələri dəstəkləməkdə davam edir", - deyə o, çərşənbə axşamı Vaşinqtonda keçirilən Atlantik Şurada ("The Atlantic Council") bildirib.
"ABŞ və AB-nin dəstəyi olmadan Gürcüstan suveren dövlət kimi mövcud ola bilməzdi. NATO-ya inteqrasiya Gürcüstanın prioriteti olaraq qalır", - deyə G.Baramidze vurğulayıb.
O, NATO-nun Buxarest sammiti ilə bağlı məyus olduğunu deyib. Bu sammit Gürcüstanın NATO-ya daxil olması ilə bağlı Avroatlantik Birlikdə fikir ayrılıqlarına səbəb olub.
Baş nazirin müavini bildirib ki, Gürcüstan özünü Avropa Birliyinin şərq qonşusu, gürcülər isə özlərini avropalı hesab edirlər. Onun sözlərinə görə, tezliklə AB gürcülər üçün viza rejimini sadələşdirəcək.
"Rusiya Gürcüstanın suveren ərazi və ittifaqlarını özü seçmək hüququna malik olduğunu tanımalıdır", - deyən G.Baramidze eyni zamanda “Gürcüstanla Rusiyanın qarşıdurma vəziyyətində olması” şəraitinin “düzgün olmadığını” vurğulayıb.
"Biz uzun əsrlər boyu qonşu olmuşuq və həmişəlik olacağıq. Buna görə də biz həll tapmalıyıq (Rusiya-Gürcüstan münasibətlərində - İF)", - deyə Gürcüstan hökumətinin nümayəndəsi bəyan edib. Onun sözlərinə görə, "Rusiya və Gürcüstan öz növbəsində RF üçün təhlükə olan terror və təcavüzkar separatçılığa qarşı mübarizədə ümumi maraqlara malikdir".
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət