“Altılıq” ölkələrinin Cenevrədə İranla apardığı danışıqlar konstruktuv başlanğıc olub, lakin irəlidə çətin iş gözləyir. Bu barədə ABŞ prezidenti Barak Obama İranın nüvə problemi ilə bağlı çoxtərəfli beynəlxalq danışıqların birinci gününü şərh edərkən bəyan edib.
"Bu, konstruktiv başlanğıcdır, lakin qarşımızda ağır iş durur", - deyə ABŞ prezidenti cümə axşamı Ağ evdə bildirib.
Onun sözlərinə görə, intensiv beynəlxalq danışıqlar fazası başlayıb, lakin söhbətlər hərəkətləri əvəz etmir. "Əməkdaşlıq vədləri yerinə yetirilməlidir", - deyə B.Obama vurğulayıb.
"Biz başa saldıq ki, İran hökumətini qarşılıqlı maraq və hörmət əsasında danışıqlara cəlb etməklə bağlı işimizin bir hissəsini yerinə yetirəcəyik, lakin bizim səbrimiz tükənməz deyil", - deyə o qeyd edib.
Prezident həmçinin bildirib ki, ABŞ-ın mövqeyi İranın təcridinə və ya ikili standartların yaradılmasına yönəlməyib.
"Söhbət qlobal tərk-silah rejimindən gedir və hər bir ölkə kimi, İran da nüvə enerjisinə sahib olmaq hüququna malik olsa da, bu hüquqla bağlı öhdəliklər də var", - deyə B.Obama söyləyib.
Onun sözlərinə görə, "qəraraların qəbuluna görə məsuliyyət İran hökumətinin üzərinə düşür və indi onlar seçim etməlidirlər".
Bundan başqa B.Obama hesab edir ki, İran özünün nüvə proqramının dinc məqsəd daşıması ilə bağlı etimad qazanmaq üçün konkret addımlar atmalıdır.
"Bu, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələri üzrə götürdüyü öhdəliklərə uyğun olan addımlar olmalıdır", - deyə Amerika prezidenti vurğulayıb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət