ABŞ-ın Gürcüstanda raketdən müdafiə sistemi yerləşdirməklə bağlı planları yoxdur. Bu barədə Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton çərşənbə günü “Exo Moskvı” radiostansiyasının birbaşa efirində bəyan edib.
"Mənim Gürcüstan ərazisində nəyinsə yerləşdiriləcəyini düşünmək üçün heç bir səbəbim yoxdur. Bilirəm ki, bu, Rusiya Federasiyasını çox narahat edir. Bax, buna görə də biz bu narahatlığı aradan qaldırmaq istəyirik, buna görə də həm bizim xalqımızı, həm Rusiya xalqını, həm də avropalı dostlarımızı və müttəfiqlərimizi qoruyacaq birgə raketdən müdafiə proqramına malik olmaq istəyirik", - deyə H.Klinton qeyd edib.
ABŞ dövlət katibi bir daha qeyd edib ki, onun ölkəsi raketdən müfadiə sistemlərinin yaradılması məsələlərində Rusiya ilə əməkdaşlıq etmək istərdi.
"Gələcəkdə təhlükə özünü nüvə silahına münasibətdə məsuliyyətsiz aparan dövlət və ya terrorçu təşkilatdan gələcək", - deyə H.Klinton qeyd edib. O xatırladıb ki, hətta “soyuq müharibə”nin pis dövrlərində SSRİ və ABŞ heç vaxt nüvə silahı ilə bağlı dialoqu dayandırmayıblar, heç vaxt kommunikasiya xəttini qırmayıblar".
"Ola bilər ki, əlbəttə, biz hüduda çox yaxınlaşmışdıq, sonra isə əks tərəflərə uzaqlaşdıq, lakin biz dünyanı əziyyətlərdən qoruduq", - deyə H.Klinton qeyd dib.
Onun sözlərinə görə, raketdən müfafiə sistemi “adamları ola bilsin ki, İran və “əl-Qaidə” kimi terrorçu təşkilatların iddialarından müdafiə etmək üçün nəzərdə tutulub”.
"Biz bundan əvvəlki ABŞ administrasiyasının raketdən müfafiə sistemilə bağlı qərarını nəzərdən keçirərkən anladıq ki, o, hazırda mövcud olan təhdidlərə cavab verməyəcək", - deyə H.Klinton qeyd edib.
O hesab edir ki, Rusiya və ABŞ bir-biri üçün təhlükə doğurmur. "Biz hesab edirik ki, digər tərəflər bu iki ölkə üçün təhlükə yarada bilərlər. Ona görə də Vaşinqton RF ilə ABŞ arasında əməkdaşlıq ideyasını təklif edib", - deyə H.Klinton bildirib və raketdən müfafiə sistemlərinin yerləşdirilməsilə bağlı yekun qərarın hələ qəbul edilmədiyini əlavə edib.
Çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlarda ABŞ-ın Gürcüstan ordusunu yenidən silahlanmasında iştirakı probleminin müzakirə olunub-olunmaması ilə bağlı suala cavab verərkən H.Klinton RF xarici siyasət başçısının ona “bu sualı vermədiyini” qeyd edib.
"Lakin biz gürcü xalqına onun özünü müdafiə edə biləcəyini hiss etməkdə kömək edəcəyik", - deyə H.Klinton bildirib.
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət