2009-cu ilin oktyabrı ilə müqayisədə noyabrda Bakı bazarlarında tikinti materillarının qiymətləri 2,2% enib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Daşınmaz əmlak bazarının iştirakçıları” ictimai birliyindən məlumat verilib.
Birliyin məlumatına görə, noyabrda Bakı bazarlarında 89 növ inşaat materialının qiymətləri müşahidə edilib. Onlardan 53,9%-i yerli istehsalın, 46,1%-i idxal olunan malların payına düşür. Noyabrda 89 növ inşaat materialından 32 növünün qiymətlərində enmə, 6 növ malda artım müşahidə olunub, 51 növün qiyməti sabit qalıb.
Təşkilatın məlumatına görə, 2009-cu ilin əvvəli ilə müqayisədə noyabrda tikinti materillarının orta qiyməti 23,5%, 2008-ci ilin noyabrı ilə müqayisədə 3,7% artıb.
Birlikdən qeyd olunub ki, noyabrda kubik daşının qiyməti 13,5%, qum 8,3%, çınqıl 7,1%, armatur 0,6%, şveller 1,6%, melat örtük 2,7%, şifer 2,1%, taxtapuş örtüyü 0,5%, alçipan 1,8%, izolyasiya 3,4%, enib.
Noyabrda üzlük daşın qiyməti 5,1%, şüşə 16% artıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət