ABŞ-ın Rusiyadakı səfiri Con Bayerli bəyan edib ki, Vaşinqtgon Tehrana qarşı sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir.
"İndi biz dialoqdan sanksiyalara keçməyin mümkünlüyünü müzakirə edirik, çünki bizim həmişə İranın MAQATE-nin təkliflərinə müsbət cavab verəcəyilə bağlı iki mümkün yolumuz və həmişə ümidimiz olub. Yox əgər alınmasa, onda daha ciddi nəyəsə hazırlaşmaq lazımdır", - deyə C.Bayerli “Exa Moskvı” radiosunun efirində beynəlxalq vasitəçilərin ötən həftə keçirilən görüşünü şərh edərkən bildirib.
"Nə bizə, nə də sizə Şərqi Asiyada və ya Yaxın Şərqdə nüvə silahlanması lazım deyil. Və əgər bu məsələdə çiyin-çiyinə dayansaq, onda nüvə silahının yayılmamasına dair müqavilənin qüvvəsi olacaq", - deyə səfir bildirib.
Onun sözlərinə görə, "bizim razılığımız olmadan, bizim birliyimiz olmadan, bu, kifayət qədər təhlükəli vəziyyətdir".
C.Bayerli qeyd edib ki, "Bizi İranın MAQATE-nin bizim Rusiaya ilə birgə dəstəklədiyimiz son dərəcədə yaradıcı təklifinin qəbul edə bilməməsi bir qədər qane etmir".
Onun sözlərinə görə, indiki məqamda ABŞ-la Rusiyanın İranla bağlı mövqeyi “heç zaman belə yaxın olmayıb”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət